Röyada döşək-kişinin ən yaxını olan arvadına işarədir.Öz döşəyini satmaq-arvadı boşamağa, arvadı xəstə isə-onun ölümünə yozulur. Döşəyin üstündə donuz görmək-bədniyyət bir adam yuxu görənin arvadına qarşı xəyanətkar bir qəsddədir. Döşək-röyada kişinin arvadına, qulluqçusuna, yaxud oynaşına işarə olub, o kişinin rahat həyat sürəcəyini birdirir. Döşəyin yumşaq olduğunu görmək-röya sahibinin arvadı itaətkar və ciddi qadındır. Döşəyin genişliyi-qadının yaradılış etibarilə gözəlliyinə; döşəyin təzə olması-qadının gəncliyinə və təzəliyinə, yəni bakirə olduğuna işarədir. Döşək yundan, tukdən və ya pambıqdan olarsa, qadın mərifətli və dövlətlidir deməkdir. Döşək ipəkdən və atlasdandırsa, qadının atəşpərəst olduğunu göstərir. Ağ döşək-qadının dindarlığına yozulur. Qara döşək-həyat yoldaşınız Uca Tanrının heç də razı olmadığı bir davranışda bulunmaqdadır.
Tarix: 31.12.2013 / 21:07 Müəllif: Ebulfez Baxılıb: 109 Bölmə: D hərfi