Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geyim/Moda/DebBədəninə görə jean seç!

Göbək bölgənizdəki artıq ətlərdən şikayət edirsinizsə, ancaq çox köhnələrə gedib 'yüksək bel' məsələsini də şişirtmək istəmirsinizsə bu tərz modeller sizi məmnun edə bilər.
Orta səviyyədə yüksək belləri seçim etməyi unutmayın!




Ayaq boyunuz gövdənizə görə çox uzundursa ətəyi qatlanmış bu tərz modellərlə ayaq və gövdənizi tarazlaşdıra bilərsiniz.




Ayağınızın alt hissəsi qalındırsa skinny jean yerinə 'boru ətək' jeanleri seçim etməlisiniz.
Beləcə ayağınızın alt və üst tərəfini tarazlaşdırmış olacaqsınız.
Boyunuz uzundursa biləkdə bitən modeller üstünüzdə çox qəşəng duracaqdır.




Çanağınızdakı çoxluqlardan şikayət edirsinizsə çox az miqdarda likra qarışığı olan parçaları seçim edə bilərsiniz. Beləcə bədəninizin bərabər olmayan hissələri şalvara görə şəkil alacaq.
Ətəyi çox geniş olmamaq şərti Ardı »

Geyim/Moda/DebGündəlik Geyim Modelləri

Qadınların gündəlikdə qəşəng və gözəl görünüşlü olmaq istəyərlər. Hazırladığım bir-birindən gözəl paltarlar xanımlarımızın çox bəyənəcəyini düşünürəm.

Ən gözəl gündəlik qadın paltarları aşağıdakı şəkillərimizdən sizdə öz zövqünüzə uyğun paltar tapa bilərsiniz.
Ardı »

Geyim/Moda/DebStil Səhvləri

[color=#b53dd2]Aysel geyimdə bağışlanmaz səhvlərin siyahısını hazırlayıb.

Bir geyimdə həddindən çox rəng istifadəsi yolverilməzdir. Geyim seçimində maksimum 3 rəngi uyğunlaşdırmaq olar ki, onlardan biri neytral olmalıdır, yəni qara və ya bəyaz çalarlardan (bej, açıq-boz və s.) Əks halda tutuquşu və ya işıqfor ləqəbi almanız riski böyükdür. Əlbətdə, hər bir qaydanın öz istisnaları var: birçalarlı paltarla rəngli bəzək əşyaları əla kompozisiya yaradır.
Aksesuar səhvi

Baş örtüyünü üst geyiminə uyğun seçməlisiniz. Əgər şlyapa qoymusunuzsa, gödəkcəni palto və ya plaşla əvəz etməlisiniz. Balon gödəkcəyə isə ən yaxşı yaraşanı əlvan rəngli yun papaqdır. Sırıqlı gödəkcə ilə kepka geyinilməlidir.
Aksesuarın olmaması

Aksesuar taxmaq bacarığı – incəsənət, aksesuarı seçmə bacarığı isə istedaddır! Qısa Ardı »

Geyim/Moda/DebGəlinlik modeli seçə bilmirəm deyirsinizsə.....

Hər gənc qızın həyatının ən xüsusi və xoşbəxt günündəki diləyi şübhəsiz ki ən gözəl gəlinliyi geyməkdir. Bu çox təbii bir istək olmaqla birlikdə indiki vaxtda o qədər çox gəlin paltarı modeli var ki gəlin namizədləri seçki etməkdə çətinlik çəkirlər.

Mövsümə və fərdi istəyə bağlı olaraq gəlin paltarı seçkii fərqliliklər göstərə bilər. Kimi gəlin namizədi seçimini təsəttürlü gəlin paltarı modellərindən yana istifadə edərkən , kimisi bolerolu, straplez gəlin paltarılar, qabarıq ətəkli gəlin paltarı modelləri kimi seçimlərini istifadə edə bilər.

Hər gənc qızın daha kiçiklikdən etibarən xəyallarında canlandırdığı və geymək istədiyi gəlin paltarı modeli vardır. Gəlin paltarı üzərinə dizayn edən moda evleri gəlin namizədlərinin Ardı »

Geyim/Moda/DebEynək çərçivələrinin düzgün seçilməsi qaydası

[color=#f82e00]Müasir həyatda eynəklər artıq insanın xarici görünüşünün ayrılmaz bir hissəsinə çevriliblər.


Hərdən biz insanlarda eynək görürük və düşünürük ki, həmin eynək bizdədə eyni cür qalacaq, bizədə yaraşacaq. Yalnız üz quruluşundan asılı olaraq, eynək çərçivələrini düzgün seçmək lazımdır.

Çərçivənin materialının seçilməsi


İlk öncə hansı çərçivədən istədiyinizi müəyyənləşdirin.

Plastmas çərçivə


Bu materialdan olan çərçivə aldığınız zaman, iki materiala diqqət yetirin – kevlar və neylon. İş ondadır ki, məhz bu materiallar daha dözümlü olurlar. Neylon materialdan olan çərçivələrin qalınlığı çox azda ola bilir. Bu materialdan olan çərçivələri sevənlər onları yüngül və sərfəli olduğunu düşünürlər.

Metal çərçivə


Metal çərçivələr hipoallerqen və nikel olmayan ərintidən düzəldilir. Metal müxtəlif rənglərdə ola bilir. Çərçivə metalı Ardı »

Geyim/Moda/DebQarderob üçün təkliflər

Adətən, geyinmə otağı yataq otağının yanında ayrıca bir otaqda hazırlanır. Kiçik evlərdə qarderob üçün ayrıca otaq ayırmaq bir az çətin olsa da, böyük evlərdə geyim otağına xüsusi otaq ayrılır.

Geyinmə otağını dekorasiya edərkən ilk növbədə onu yadda saxlayın ki, otağın hər bir hissəsini diqqətlə istifadə etmək lazımdır. Paltar şkafı alarkən eləsini seçin ki, siyirmələri və rəfləri çox olsun. Dizaynerlər məsləhət görürlər ki, paltar şkaflarının daha açıq tonda olanlarına üstünlük verəsiniz.

Xüsusilə də, şkafın bir tərəfində boyunuza uyğun aynanın olmasına diqqət yetirin. Açıq, yəni qapısı olmayan şkaflar müasir görünsə də, istifadə baxımından bir o qədər də əlverişli deyil. Çünki, paltar dolabınız hər zaman Ardı »

Geyim/Moda/DebGeyim seçərkən rənglərdə diqqətli olun!

[color=#6a60ec]Tanınmış dəb ustaları qadınların gözəlliklərini qabarıq əks etdirən paltarları geyinmələrini tövsiyə edirlər. Bir çox qadın fikirləşir ki, öz ölçülərindən bir neçə ölçü iri paltar geyinsələr bədənlərində olan çatışmazlıqları ört-basdır edə bilərlər. Amma bədən ölçülərindən iri olan paltarlar xanımları heç də cazibədar göstərmir.

Paltarlarda olan mürəkkəb elementlər, görkəmsiz ciblər, yersiz qırışlar xanımların yaraşıqlı görkəmini itirir. Xanımlara dizdən olan və mini ətəklər daha çox yaraşır. Şalvarlar, şortlar, kostyumlar xanım incəliklərini qabarıq şəkildə nəzərə çatdırmır. Donlar, ətəklər xanımlara daha çox yaraşır.

Qadınları daha cazibədar göstərən parçalara gəldikdə isə bunlar – ipək, atlas, məxmər və xəzdir. Təbii parçalar sintetik parçalardan daha çox xoşagələndir.

Qadınlara ən çox yaraşan rənglər Ardı »

Geyim/Moda/DebGeyim stilinizi bədən quruluşuna görə seçin

[color=#fe5e5e]Yalnız moda jurnallarında çəkilmiş və ya vitrinlərə qoyulmuş müqəvvalar quruluşca eyni ola bilər. Onlar insan bədənininelastikliyindən, incəliyindən, gözəlliyindən, özünəməxsus xüsusiyyətlərindən, xarici görünüşündən məhrumdur. Hər bir insanın digərindən fərqli, özünəməxsus bədən quruluşu vardır.

Tamamilə bir-birinin bənzəri olan və eyni xarici görünüşə malik iki insan tapmaq çətindir. Odur ki, elə paltar tərzi də yoxdur ki, hamının əyninə eyni cür oturub, hamıya eyni cür yaraşsın. Bir qadının əynində gözəl və göstərişli görünən paltar başqasında zövqsüz və göstərişsiz görünə bilər. Bu, heç də bir qadının ideal, digərinin isə qüsurlu bədən qurulu şuna sahib olması demək deyildir. Sadəcə olaraq, müəyyən paltar bir qadına yaraşır, yəni onun bədən Ardı »