Dahilerin sözleri → Loğmanın (ə) oğluna nəsihətlərindən
Loğman (ə) oğluna dedi:Oğlum!Başqaları səndən qabaq övladları üçün (mal) topladılar.Nə topladıqları qaldı,nə də onlar üçün toplanan malların sahibləri.Doğurdan da,sən əcir (muzdur) bir bəndəsən ki, bir işi görmək (təqvalı olmaq) üçün məmur olmusan.Bir muzdun da sənə veriləcəyi söz verilmişdir.Beləliklə,işində vəfalı ol,muzdunu -Behişti al.
Bu dünyada o qoyun kimi olma ki,yaşıl çəmənliyə girəndə köpənə qədər yeyir.Bu da onun ölümünə səbəb olur.Əksinə,dünyanı çayın üstündəki körpüyə bənzət ki,onun üzərindən keçdikdən sonra,onunla heç bir işin olmur,bir də ona tərəf qayıtmırsan.Onu (şəhvət körpüsünü) xarab et,düzəltmə.Çünki sən onu abadlaşdırmağa məmur deyilsən.
Bil ki,sabah sən ALLAHın hüzurunda olanda,dörd şey haqqında da sorğuya çəkiləcəksən:Cavanlığını necə keçirtdin?Ömrünü necə keçirtdin?Malını hansı yoldan Ardı »