Ata oğlanlarını yanına çağırıb deyir:
- Tez həkim çağırın, elə xəstələnmişəm, qolumu qaldıra bilmirəm!
Qardaşlar pıçıldaşdılar:
- Əsil vaxtdır, pəncərəni sındırdığımızı deyək!
— Deyək!
♠ ♠ ♠
- Neçə dəfə sənə demişəm, sağ əlində bıçağı, sol əlində çəngəli tut!
Uşaq narazı-narazı deyir:
- Bəs əti hansı əlimdə tutum?
♠ ♠ ♠
Ata qol saatına baxıb deyir:
- Saatım dayanıb, gərək ustaya aparım təmizləsin!
Balaca qız öz otağından söhbətə qarışır:
- Yox ata, o təmizdir, onu səhər şampunla yumuşam!
♠ ♠ ♠
- Mamed, get yat!
- Yuxum gəlmir.
- Yaxşı, uzan, gözlərini yum!
- Axı onda yatıram.
♠ ♠ ♠
4 yaşlı Seymur pul ilə oynayır.
Babası Seymura baxıb deyir:
- Belə getsə sən bankda işləyəcəksən, pulla oynamağı xoşlayırsan!
- Yox baba! Axı bankaya yerləşmərəm!
♠ ♠ ♠
- Bu tarakanlar lap bizi bezdiriblər. Haranı açırsan içindən tarakan çıxır.
- Sən tarakanlar üçün olan təbaşirdən al.
- Köməyi olar?
- Əlbəttə, bax mən almışam, mənim tarakanlarım oturublar bir küncdə, sakitcə rəsm çəkirlər.
♠ ♠ ♠
- Dəvəquşular yumurtlayır, atdan bərk qaçırlar, təhlükə zamanı başlarını torpağa soxurlar. Əlişov, sən orda neyləyirsən?
- Sizə diqqətlə qulaq asıram, müəllimə!
- Elə isə təkrar elə dediyimi!
- Dəvəquşulardan danışırdız, deyirdiz dəvəquşular yumurtalarını torpaqda basdırırlar. Atlar onların yumurtalarını tapdalayanda təhlükə baş verir, onlar torpağın altına girirlər.
♠ ♠ ♠
İki gizirin başının üstündə vertolyot dayanıb. Biri:
- O, niyə dayanıb?
- Yəqin, benzini qurtarıb!
♠ ♠ ♠
- Arzu, diskotekaya bir daha getmə, tamamilə kar olarsan !
- Sağol anacan, mən artıq yeməyimi yemişəm.
♠ ♠ ♠
Ana qızından soruşur: - Niyə hər gün evə gec gəlirsən?
Qızı: - Liftə görə.
Ana: - Lift işləmir ki?
Qız: - İşləyir, amma orda yazılıb ki, ancaq dörd nəfər üçün buna görədə hər dəfə üç nəfəri gözdəməli oluram.
♠ ♠ ♠
- Ay qaynana, saat 2-di, amma Mamed eve gəlməyib. Bəlkə başqa arvadı var, onun yanına gedib.
- Ay gəlin, niyə ağlına pis-pis fikirlər gətirisən? Bəlkə bıçaqlayıblar, bəlkə maşın vurub?
♠ ♠ ♠
Bir gün oğlan öz istədiyi qızla gəzməyə çıxır. Birdən hava soyuyur. Qız deyir hava necə soyuqdu, oğlan da deyir ki, yaxşı ki, pencək geyinmişəm.
♠ ♠ ♠
Sən haçan 2-ni düzəldəcəksən? - Ata, mən neyləyim, jurnal müəllimlər otağındadır.
Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Ümumi Letifeler