Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yumor

*Ay ALLAH , sən özün görürsən ki, necə yoxsulam.Heç olmasa bir neçə günlüyə yüz təngə yetir. Əgər özündə yoxdusa onda mələklərdən al-,deyə bir uyğur əllərini göyə qaldırıb yalvarırdı.
Duasını təzə qurtarmışdı ki, birdən qapı döyüldü, içəri girən molla dedi:
-Qərar gəlmişik ki, camaatın hesabına təzə məscid tikək. Sən də on qızıl verməlisən.
_ALLAHÜ-ƏKBƏR! - deyə uyğur hirslə qışqırdı.- Hələ borc verməmisən, indidən sələmini tələb edirsən?

*iki qabrovolu çayda çimirmiş, onlar mərc gəlirlər ki, kim suyun altında çox qalsa o biri ona 50 kron versin.Hər ikisi suya baş vurur... İndiyə qədər onları görən olmayıb.

*Qabrovolu həkimin yanına gələn xəstə huşsuzluğundan şikayət edir. Həkim deyir:
- Elə isə mənim zəhmət haqqımı qabaqcadan ver sonra söhbəti davam etdirək.

*Qabrovolu əlində iki böyük çamadan, sürücünün yanına gəlir:
-Məni vağzala neçəyə apararsan?
-on lev
-Bəs, çamadanlarımı neçəyə apararsan?
-Heç nə çamadanları müftə aparırıq
-Elə isə siz çamadanları vağzala aparın mən piyada gələrəm.

*Qabrovolu bir qoca evinin damını təmir eliyəndə yıxılır. Pəncərənin yanından keçəndə arvadına:
-Xörəyi bir adamlıq az bişir, məndə yeməyə hal qalmayacaq.

*-Alo bu DAM-dır? Təcili gəlin burda qəza baş verib!!!
-Ölənlər var?
-Əgər ləngisəniz onda olacaq.

*Oğlan öz nişanlısına:
-Əzizim əgər bilsəydim ki tuneldə uzun müddət qaranlıq olaacq fürsətdən istifadə edib səni bərk bərk öpərdim heyf!
Qız:
-Necə? Bəs məni öpən kim idi?

*Rus şairi Apuxtinin gözləri zəif görürdü. Bir gün o, parkda gəzərkən şıq geyimli bir gəncə toxunur. Gənc acılanaraq demişdi:
-Axmaq!
Şair hörmətlə papağını qaldırıb təzim etmiş və ona
-Mən isə Apuxtinəm, - deyə cavab vermişdi.


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 147 Bölmə: Ümumi Letifeler
loading...