beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarda musiqi həvəsi necə yaranır?

Valideynlərin əksəriyyəti uşaqlarını birinci sinifə aparanda düşünür: Görəsən onu musiqi məktəbinədə qoyummu? Musiqiyə aludə olub, dərslərini yarımçıq qoymaz ki? Onun musiqi duyumu varmı?

Mütəxəssislər iddia edirlər ki, hər bir insanın doğulduğu andan musiqi duyumu var. Fərq sadəcə ondadır ki, bəzilərində bu güclü və davamlı, bəzilərində isə zəif olur. Hər bir usaqda fitri istedad var.

Uşaqlarda musiqi həvəsi necə yaranır?
Bunu valideyn yarada bilər. Yəgin ki,valideynlər masajın faydası haqda çox eşidiblər. Masajı professional birinin etməsi əlbəttə ki, daha yaxşıdır. Amma körpənin ana əllərini hiss etməsi fərqli duyğudur.

Uşaqda musiqi duyumunu yaratmaq üçün hər gün bunları edin:
Valideyn usaqda musiqi duyumunu masaj və gimnastika vasitəsilə oyada bilər.

Onun sinəsini ovxalayıb, 2 dəfə «biz oynadıq, biz oynadıq» — dey' oxumağa başlayın.
Əlini yuxarı qaldırıb: "Şirin, şirin yatdıq, istirahət etdik"- deyin.
«Anaya, ataya gülümsədik». Bunu körpə 2 yaşını tamamlayana qədər edin.

Çalışın ki, uşağınız hər dəfə fərqli mahnılar dinləsin. Bəzən uşaqlar bir musiqini eşidəndə sakitləşirlər. Amma bunu davamlı dinləmək onların psixologiyasına mənfi təsir edir.

Körpə dil açanda hansısa bir mahnının sözlərini ona öyrətməyə çalışmayın. Ən yaxşısı əllərinizlə ritm tutmağı izah edin. İlk olaraq ona «tik-tak» öyrədin. Çalışın evinizdə həmişə klassik musiqilər səsləndirəsiniz. Bu, uşaqların yeniyetmə çağında musiqi alətlərinə həvəs göstərməsinə kömək edəcək.

Musiqi ilə yanaşı, uşaq şəkillərə də baxmalıdır.


Tarix: 06.01.2015 / 16:36 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Valideynə məsləhət