Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valideynlər, diqqət: yanlış eynək uşaqlarda çəplik yaradır

Uşaqlarda göz sağlamlığının inkişafı baxımından müntəzəm olaraq göz müayinələri aparılmalıdır. Xüsusən də eynək taxan uşaqların göz sağlamlığı daha ciddiyə alınmalıdır.

Şüşənin nömrəsi artdıqca risk də artır

Yanlış eynək şüşələri göz zəifliyini daha da artırır və çəplik kimi qalıcı problemlərə yol açır. Gözün görmə mərkəzi ilə optik şüşənin görmə mərkəzinin eyni istiqamətdə olmasının vacibliyinə diqqət çəkən mütəxəssislər deyirlər ki, bu mərkəzlərin bir neçə millimetr o tərəfə sürüşməsi və eyni istiqamətdə olmaması "prizmatik təsir” adlanan mənfi halla nəticələnir. Bu da yetkinlərdə görmədə qüsur, baş ağrısı və baş gicəllənməsinə səbəb olur. Əsl təhlükə isə uşaqlar üçündü. Göz inkişafı tamamlanmamış, 9 yaşdan aşağı uşaqlarda yanlış eynək ucbatından çəplik yarana bilər. Şüşənin nömrəsi artdıqca risk də artır. Valideynlər uşaqlarının daha yaxşı görməsini istəyərkən tamam başqa problemlərlə qarşılaşmış olurlar.

Eynək aldıqdan sonra həkim tərəfindən yoxlanılmalıdır

Xəstə eynəyi aldıqdan sonra yenidən həkimin yoxlanışına getməlidir. Əks təqdirdə o qədər əziyyət boşuna getmiş olar.


Tarix: 06.01.2015 / 16:31 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Valideynə məsləhət
loading...