beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əkizlər eyni sinifdə oxumalıdır ya fərqli siniflərdə?

Bu suala ümumiyyətlə əkizlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq və fərdiləşmələrinə fürsət tanımaq adına ayrı məktəblərə və ya siniflərə vermək şəklində cavab verilə bilər. Məktəb dövründə sinifləri ayırmaq müəyyən qədər təsirli ola bilər. Ancaq məktəb əvvəli dövr sıx olaraq bir yerdə olan , bir-birlərindən heç vaxt ayrılmamış olan əkizləri bir anda məktəbə başladıqlarında ayırmaq, işləri daha da çətinləşdirə bilər.

Əkizlər arasında rəqabətin çox sıx və dağıdıcı olduğu vəziyyətlərdə fərqli mühitlərdə təhsil almaları daha faydalı ola bilər.

Nə qədər rəqabət olsa da ümumiyyətlə əkizlər arasında olan xüsusi bir bağ , əlaqə , xarici dünyaya qarşı birlikdə bir qrup meydana gətirmələrinə səbəb ola bilər. İkili bir qrup olaraq başqa heç kimə ehtiyacları yoxmuş kimi davrana bilərlər , bu da ictimai və duyğusal inkişafları üzərində mənfi təsirlərə səbəb ola bilər.

Nəticə olaraq əkizlərin məktəb əvvəli və ya ibtidai təhsil təşkilatına başlarkən ayrı məktəb və ya sinif qərarı əkizlərin xüsusiyyətləri , ana-atanın müşahidələri və pedaqoqların təklifləri nəzərə alınaraq verilməlidir.


Tarix: 06.01.2015 / 16:01 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Valideynə məsləhət