beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Edit Piaf

Həyatı

1915-ci ildə Paris şəhərində doğulmuşdur, anası Annetta Covanni Maillard, yarı italyan, yarı əfqan əsilli bir köçəri tayfadan idi. Atası Liuz Alfonz Qassion isə küçələrdə oyunbazlıq edən bir kəndirbaz idi. O, küçədə tretuarda doğulub və ilk səhnəsi də küçə olub. Ata müharibədə, ana da uşağı alkoqolik nənə və babanın yanında qoyub dönüşü çətin olan yola üz qoyur. Günlərin bir günü ata müharibədən qayıdır və Editi də özü ilə fahişəxanada saxlayan anasının yanına gətirir. Editin ən qayğısız uşaqlıq həyatı burda- bu iyrənc məkanda keçir. Daha sonra atası onu özü ilə küçələrdə gəzdirib, mahnı oxutduraraq pul qazanırdı, onun küçələrdə ifa etdiyi mahnı isə, uşaq vaxtı ən yaxşı bildiyi mahnı, Fransanın milli himni olan Marselyoza idi. Sonra konyuktivitdən gözləri kor olan qızcığaz möcüzənin hesabına gözlərinə yenidən qovuşur. 17 yaşında olarkən dünyaya gətirdiyi ilk və tək qızı 2 yaşındaykən, meningitdən dünyasını dəyişir, küçələrdə oxuduğu mahnılardan aldığı pullar və günlərin birində…həyat üzünə gülür və onu Edit Piaf edir. Getdikcə spirtli içkilərin aludəçisi olmağa başlayır, karyerasının inkişafı ilə yanaşı şəxsi həyatında da əhəmiyyətli dəyişikliklər olur, dövrünün peşəkar boks üzrə dünya çempionu olan Marsel Serdan ilə tanış olur və onunla özünün dediyinə görə həyatının ən maraqlı eşqini yaşayır. Şəxsi həyatında xoşbəxtliyiklərin baş verməsi ilə yanaşı, kariyerasında da böyük sıçrayış olur, onun mahnıları fransızların və bütün dünyanın sevimlisinə çevrilir. Ona Parisin "sərçəcik" müğənnisi deyiblər və deyirlər də. Oxuduğu mahnılardan birinin sözləri kimi "sərçə kimi doğuldum, sərçə kimi yaşadım, sərçə kimi öldüm". 1963-cü ildə ağ ciyər xərçəngindən dünyasını dəyişir və həmin dövrün Paris Katolik Kiləsəsinin keşişi keçirdiyi əxlaqsız həyat tərzinə görə ona dəfn mərasimi keçirtməyi rədd edir və tabutu 100.000-dən çox fanatının əlləri üstündə Per-Laşez qəbiristanlığına aparılır. Fransız müğənnisi Şarl Aznavurun Edit Piafin dəfn olunmasını belə xatırlayırdı:

"Mən İkinci dünya müharibəsindən bəri Parisdə bu qədər adamın bir yerə toplaşdığını görməmişdim"

Edit Piaf daha doğrusu Edit Covanna Qasyon artist ailəsində dünyaya gəlib. Özü də küçədə. Bəli, bəli küçədə. Onun atası Luyi Alfons Qasyon arvadı Anet Mayeri xəstəxanaya çatdırmaq üçün taksi axtararkən, uşağın dünyaya gəlməsində o zaman məhəlləni nəzarətdən keçirmək üçün növbə başına keçən, polislər kömək edib.

Altı yaşına kimi dünya işığına həsrət qalan Editin səhnə adı Piaf fransız dilindən tərcümədə sərçəcik deməkdir. Onun ulduzu Troyo küçəsindəki səkidən sonra parlamağa başlayıb. "Jerni" kabaresinin sahibi Luyi Leplenin diqqətini çəkən Edit tezliklə səhnədə parlamağa başlayıb.

1936-cı ildə Edit "Medrano " sirkinin səhnəsində fransız estradasının Moris Şevalye, Mistangett, Mari Dübua kimi məşhur ulduzları ilə eyni səhnəni paylaşıb.

Çox vaxt yeni parlayan ulduz üçün şou-biznesdə yeni addım atmağa başlayan bəstəkar və şairlər mahnı bəstələyirdilər.

Yaradıclığının əksər hissəsini Edit hamıya əyləncə üçün çalıb-oxuyan ifaçı kimi deyil, sənət sahibi olduğunu sübut etməklə keçirib. Tamaşaçının onun olduğu kimi qəbul etməsini istəyən Edit Piafın bir dəfə Amerikada nəzərdə tutulan turnesi az qala alt-üst olacaqmış. O, hətta bu turne üçün Parisdəki mənzilini belə satıb.

Səhnədə əsl parıltılı ulduz görəcəklərini düşünən amerikalılar, bunun əvəzində qara libaslı qadın gördüdə təəccübləniblər. Və o zaman Edit Piaf başa düşüb ki, qastrollara gedəcəyin ölkənin adət-ənənsini və zövqünü nəzərə almaqla ciddi hazırlaşmaq lazımdır. Tədricən Amerikanı fəth etməyə müvəffəq olan Edir, düz 11 ay bu ölkədə konsert proqramları ilə çıxış edib.

Onun adı afişalarda kimlərinsə isimləri ilə yanaşı balaca bir sətirdən yazılmaqla, fərdi şəkildə xüsusi plakatlara qədər inkişaf edib. Artıq Edit dünyanın bir çox məşhur konsert salonlarının səhnələrində çıxış edirdi. Onların arasında "Olimpio", "Mulen-Ruj","Karnegi-Hol", "Versal" da var idi. "Versal" Nyu-Yorkun Manhetten rayonunda yerləşən ən məşhur kabarelərindəndir.

Ömrü boyu öz təhsili ilə məşğul olan Edit Piaf həmkarlarının da konsert proqramlarını maraqla izləyib. Musiqi təhsil olmasa da, eşitdiyi mahnını bir başa pianoda ifa etməyi bacarıb.

Tədricən mahnılar bəstələyən Piafı Müəlliflər, bəstəkarlar və musiqi naşirləri cəmiyyətinə üzv də qəbul ediblər. Onun üçün mahnıda daha çox mətn əhəmiyyətli olub.

Özünün "Çəhrayi rəngli həyat" adlı ilk mahnısını Edit Piaf 1945-ci ildə gecə qatarındakı görüşlərindən birinin təsiri altında olduğu zaman yazıb. Sonra ifa etmək üçün bu mahnını Mariann Mişelə təqdim edib. Müğənnin sözlərinə görə bu mahnı da daxil olan valın tirajı 3 milyon nüsxə ilə satılıb. Sonralar "Çəhrayi rəngli həyat" mahnısını repartuarlarına daxil edən müğənnilər arasında Binq Krosbi və Luyi Armstronq kimi ifaçılar da vardı. Mahnı Edit Piafın vizit kartına çevrilib.

O, hər şeyə qalib gəldi. Xəstəliyə də, alkoqol asılılığına da, narkotiklərə də. Onu dəfn edən Fransa olduğu halda, ölümünə bütün dünya ağlayırdı.

Edit Piaf hələ sağ ikən özü haqqında kitab yazıb. Sonradan bu kitaba müəyyən əlavələri onun bacısı edib.
Mahnıları

1935

Mon apéro
La java de Cézigue

1936

L'étranger
Les mômes de la cloche
J'suis mordue
Fais-moi valser
La fille et le chien
La Julie jolie
Va danser
Chand d'habits
Reste
Les hiboux
Quand même
La petite boutique
Y' avait du soleil
Il n'est pas distingué
Les deux ménétriers
Mon amant de la coloniale

1937

Mon légionnaire
Le contrebandier
Un jeune homme chantait
Tout fout le camp
Ne m'écris pas
C'est toi le plus fort
Le Fanion de la Légion
Partance
Dans un bouge du vieux port
Paris-Méditerranée
Browning
Entre Saint-Ouen et Clignancourt
J'entends la sirène
Mon cœur est au coin d'une rue
Le chacal
Corrèqu'et réguyer
Ding, ding, dong

1938

Madeleine qui avait du cœur
Les marins ça fait des voyages
С'est lui que mon cœur a choisi
Le grand voyage du pauvre nègre
La java en mineur
Le mauvais matelot

1939

Y' en a un de trop
Elle fréquentait la rue Pigalle
Le petit monsieur triste
Les deux copains
Je n'en connais pas la fin

1940

Embrasse-moi
On danse sur ma chanson
Sur une colline
C'est la moindre des choses
Jimmy, c'est lui
Escale
L'accordéoniste
Y' en a un de trop

1941

Où sont-ils mes petits copains?
C'était un jour de fête
C'est un monsieur très distingué
J'ai dansé avec l'amour
L'homme des bars

1942

Simple comme bonjour
Le vagabond
Un coin tout bleu
C'était une histoire d'amour
Sans y penser

1943

Tu es partout
J'ai qu'à l'regarder
Le chasseur de l'hôtel
Le disque usé
Le brun et le blond
Monsieur Saint-Pierre
Coup de grisou

1944

Un monsieur me suit dans la rue
Les deux rengaines
Y a pas d'printemps
Les histoires de coeur
C'est toujours la même histoire

1945

Celui qui ne savait pas pleurer
Escale
Regarde-moi toujours comme ça
Les gars qui marchaient
Il riait
De l'autre côté de la rue
J'ai qu'à le regarder

1946

La vie en rose
Les trois cloches
Dans ma rue
J'm'en fous pas mal
C'est merveilleux
Adieu mon cœur
Le chant du pirate
Céline
Le petit homme
Le roi a fait battre tambour
Dans les prisons de Nantes
Miss Otis regrets

1947

C'est pour ça
Mariage
Monsieur Lenoble
Qu'as-tu fait John ?
Un refrain courait dans la rue
Sophie
Le geste
Si tu partais
Une chanson à trois temps
Un homme comme les autres
Les cloches sonnent
Johnny Fedora et Alice blue bonnet
Le rideau tombe avant la fin
Elle avait son sourire
Monsieur Ernest a réussi

1948

Les amants de Paris
Il a chanté
Les vieux bateaux
Il pleut
Cousu de fil blanc
Amour du mois de mai
Monsieur X

1949

Bal dans ma rue
Pour moi tout' seule
Pleure pas
Le prisonnier de la tour
L'orgue des amoureux
Dany
Paris

1950

Hymne à l'amour
Le chevalier de Paris
Il fait bon t'aimer
La p'tite Marie
Tous les amoureux chantent
Il y avait
C'est d'la faute à tes yeux
C'est un gars
Hymn to love
The three bells
Le ciel est fermé
La fête continue
Simply a waltz
Autumn leaves
Cause I love you
Chante-moi
Don't cry
I shouldn't care
My lost melody
La vie en rose

1951

Padam... Padam...
Avant l'heure
L'homme que j`aimerai
Du matin jusqu'au soir
Demain il fera jour
C'est toi
Rien de rien
Si, si, si, si
Demain
À l'enseigne de la fille sans cœur
Télégramme
Une enfant
Plus bleu que tes yeux
Le Noël de la rue
La valse de l'amour
La rue aux chansons
Jézébel
Chante-moi
Chanson de Catherine
Chanson bleue

1952

Au bal de la chance
Elle a dit
Notre-Dame de Paris
Mon ami m'a donné
Je t'ai dans la peau
Monsieur et madame
Ça gueule ça, madame

1953

Bravo pour le clown
Sœur Anne
N'y va pas Manuel
Les amants de Venise
L'effet qu'tu m'fais
Johnny, tu n'es pas un ange
Jean et Martine
Et moi
Pour qu'elle soit jolie ma chanson
Les croix

1954

La Goualante du pauvre Jean
Enfin le printemps
Retour
Mea culpa
Heureuse
Ça ira
Avec ce soleil
L'homme au piano
Sérénade du pavé
Sous le ciel de Paris

1955

Un grand amour qui s'achève
Miséricorde
C'est à Hambourg
Enfin le Printemps
Légende

1956

L'accordéoniste
Heaven have mercy
One little man
Avant nous
Et pourtant
Marie la Française
Les amants d'un jour
L'homme à la moto
Soudain une vallée
Une dame
Toi qui sais

1957

La foule
Les prisons du roy
Opinion publique
Salle d'attente
Les grognards
Comme moi

1958

C'est un homme terrible
Je me souviens d'une chanson
Je sais comment
Tatave
Les orgues de barbarie
Eden blues
Le gitan et la fille
Fais comme si
Le ballet des cœurs
Les amants de demain
Les neiges de Finlande
Tant qu'il y aura des jours
Un étranger
Mon manège à moi

1959

Milord
T'es beau, tu sais

1960

Non, je ne regrette rien
La vie, l'amour
Rue de Siam
Jean l'Espagnol
La belle histoire d'amour
La ville inconnue
Non, la vie n'est pas triste
Kiosque à journaux
Le métro de Paris
Cri du cœur
Les blouses blanches
Les flons flons du bal
Les mots d'amour
T'es l'homme qu'il me faut
Mon Dieu
Boulevard du crime
C'est l'amour
Des histories
Ouragan
Je suis à toi
Les amants merveilleux
Les bleuets d'azur
Quand tu dors
Mon vieux Lucien
Je m'imagine
Jérusalem
Le vieux piano

1961

C'est peut-être ça
Le dénicheur
J'n'attends plus rien
J'en ai passé des nuits
Exodus
Faut pas qu'il se figure
Les amants
Non, je ne regrette rien
Le billard électrique
Marie-trottoir
Qu'il était triste cet Anglais
Toujours aimer
Mon Dieu (en anglais)
Le bruit des villes

1962

Dans leur baiser
À quoi ça sert l'amour?
Le droit d'aimer
À quoi ça sert l'amour?
Fallait-il
Une valse
Inconnu excepté de Dieu
Le droit d'aimer
Quatorze Juillet
Les amants de Teruel
Roulez tambours
Musique à tout va
Le rendez-vous
Toi, tu l'entends pas!
Carmen's story
On cherche un Auguste
Ça fait drôle
Emporte-moi
Polichinelle
Le petit brouillard
Le diable de la Bastille
Elle chantait

1963

C'était pas moi
Le chant d'amour
Tiens, v'la un marin
J'en ai tant vu
Traque
Les gens
Margot Cœur Gros
Monsieur Incognito
L'homme de Berlin


Tarix: 10.07.2015 / 17:46 Müəllif: Feriska Baxılıb: 177 Bölmə: Tibb