beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O dedi... Mən dedim...

Səni susduracam dedi...
Bunu arzu edən ilk insan deyilsən dedim...

Özünü necə hiss edirsən dedi...
Bütün hisslərini itirmiş mənasız balaca uşaq kimiyəm dedim...

İstəyirsən qərarını axırda ver dedi...
Əlbəttə buyur dedim...

Keçmişi düşünmədən yaşayıram, sən də belə et dedi...
Mənə ağıl verməzdən əvvəl geriyə qalanların sənə yetişib yetişməyəcəyini yaxşı hesabla dedim...

Özünü çox istəyirsən, tək qalacaqsan dedi...
Həyatda heç kim digərindən üstün deyil, hər kəs bir-biri üçün yaradılıb dedim...

Bəziləri ilə çox yaxınsan, bəzilərini saymırsan dedi...
Vacib olanların altından xətt çəkirəm, vacib olmayanların üstündən dedim...
G304;FLER
Dostların əllərin kürəyinə qoyanda geriyə baxırsan dedi...
Hər kürəyini oxşayanı dostun sanma bəlkə də bıçaqlayacağı yeri axtarır dedim...

Axı onlarla sağlığa badə qaldırmısan dedi...
Şərab deyil zəhər badələrin toqquşdurmuşam dedim...

Haqsızlığa çarə de dedi...
Qar yağsaydı qardan da olsa ikinci bir adam görərdim dedim...

Vaxta azalıb dedi...
Ölümdən qorxmuram, bax mən olan yerdə o yoxdu dedim...

Sərt bir söz de dedi...
Nöqtəni qoyduğum yerdə qalarsan dedim...

Gedirəm dedi...
...
G304;FLER
İtirən sən olacaqsan dedi...
İtirsəm yox imtina etsəm aciz olaram dedim...

Sözlərinin nə məna verdiyin başa düşmədim ama mənə kifayət etdi dedi...
Nə qədər bilirsən bil, dediklərin qarşındakının başa düşdüyü qədərdir dedim...

Çox kobud davranırsan ürəyindəki mülayim "SƏNİ" gizlətmək istəyirsən, amma unutma sən məni nə qədər acılasan da "O" nu yaşadan mənəm dedi...
Ömür xəyalları gözləməz, həvəs olsaydın çoxdan gedərdim dedim...

Çox qəlizsən dedi...
Bunu hamı deyir, fərqini göstər dedim...

SƏNİ ÇOX İSTƏYİRƏM dedi...
SUSDUM...

(gülümsəyərək...) Özünü necə hiss edirsən dedi...
Kapitansız gəmini idarə edəcəyinə əmin olan uşaq kimi dedim...


Tarix: 04.12.2014 / 14:20 Müəllif: Aziza Baxılıb: 149 Bölmə: Sevgi şerləri