beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənə ondan danışmayın

Mənə ondan danışmayın
Duymaq belə istəmirəm.
Ona olan bu hörmətim,
sevgim ölə istəmirəm.
Qoy yaşasın xatirəmdə
Əvvəlki tək mələk kimi.
Heç əsməsin xəzan yeli
O solmasın çiçək kimi.
Mənə ondan danışmayın
Bu günündən, sabahından.
Xəbər-ətər gətirməyin
Etdiyi hər günahından.
Ona olan duyğularım
Anlaşılır sözlərimdən.
Yaşlar düşsün eybi yoxdu,
O düşməsin gözlərimdən.
Mənə ondan danışmayın
Qoy unudum yavaş-yavaş.
Röyalarda arxasınca
Sürnməyim o baş bu baş.
Məni ondan soruşmayın,
Onu məndən soruşmayın!
Ayrılmışıq neçə vaxtdı
Mənə ondan danışmayın.
Mənə ondan danışmayın...!


Tarix: 22.11.2014 / 23:17 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Sevgi şerləri