Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən. Gedəcək

Ç
ətin biz ölüncədi,
Gedəcək, hamı gedəcək.
Biz dünyadan gedən təki
Dünyanın qanı gedəcək.

Solacaq bağçası-bağı,
Quruyacaq son budağı,
Dənizin suyu-balığı,
Sahilin qumu gedəcək.

Birtəhər. pismi, yaxşımı,
Yola salıb son axşamı,
Söndürüb sonuncu şamı
Ən son adamı gedəcək...


Tarix: 28.05.2013 / 15:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 112 Bölmə: Sevgi şerləri
loading...