beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Darıxmışam

Birdən bir ah çəkdim mən için-için,
Həsrətin yandırıb yaxdı içimi.
Elə darıxmışam gülüm, səninçin,
Qaranlıq zindanda yatan məhbusun
Günəş işığına özləmi kimi.

Mən susuz səhrada, sən su bir içim,
Qurumuş dodağın bir nəmi kimi.
Elə darıxmışam gülüm, səninçin,
Ölümcül xəstənin xəyalındakı
Şəfalı həkimin məlhəmi kimi.


Elə bir xatirə oldun mənimçin,
Qəlbimdə sevginin bir qəmi kimi.
Elə darıxmışam gülüm, səninçin,
Sonsuz bir dəryada, sahilə həsrət
Yelkənsiz, avarsız bir gəmi kimi.


Tarix: 29.10.2012 / 01:26 Müəllif: [Ram] Baxılıb: 1470 Bölmə: Sevgi şerləri