beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sende Vefasizlar Sirasindasan

Bəs meni dünyalar qədər sevirdin,
Nə üçün unutdun bu qədər asan?
Hər zaman sədaqət, vəfa deyirdin.
Sən də vəfasizlar sırasındasan....
***
Sənin də ürəyin yalanla doldu. Sənində əkdiyin çiçəklər soldu.
Daha başqalardan nə fərqin oldu?
Sən də vəfasızlar sırasındasan.
***
Sənin də var-dövlət tutdu gözünü.
Səni isə tutmadın heç bir sözünü. Kimsənin yanında öymə özünü.
Sən də vəfasızlar sırasındasan.
***
Bu sevgi biçildi mənə çox baha.
Qul etdin nəfsini aciz tamaha.
Başını yuxarı qaldırma daha. Səndə vəfasızlar sırasındasan.
***
Hələ də yuxuma qonaq gəlirsən.
Yenə dərin-dərin baxib gülürsən.
Camaat bilməsin, sənki bilirsən.
Səndə vəfasızlar sırasındasan.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Sevgi şerləri