Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bezen Olur

Bəzən olur darıxırsan…
Hər bir şeyə səssiz qalan
dörd divarda sıxılırsan…
Bəzən olur
yerli-yersiz deyilənə darılırsan,
Sussan belə öz içində qırılırsan…
Bəzən olur
öz-özünə danışmaqdan yorulursan,
Bəzən olur
şikar kimi ürəyindən vurulursan…
Bəzən olur
daş-kəsəkdən keçib gedir,
düz yoldasa büdrəyirsən, yıxılırsan…
Haqsızlıqlar səni didir…
Sən də dözə bilmədikcə
kainata üsyan edir,
bir hücrəyə çaxılırsan…
Yaşamaqçün ümidlərə sarılırsan…
Sən dünyaya qucaq açıb vəsf edərkən,
dünya səni almır vecə…
Sən də yanıb-yaxılırsan…


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 35 Bölmə: Sevgi şerləri
loading...