Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yari Yolda Qoyma Meni

Bu yol bir ömür yoludur,
Yari yolda qoyma məni,
Sənsiz həyat qorxuludu,
Yari yolda qoyma məni.

Sən ruhumsan,üreyimsən
Təsəllimsən,köməyimsən,
Ən cox indi gərəyimsən,
Yari yolda qoyma məni.

Arxada yaz,qabaqda qiş,
Tufan,külek,soyuq,yağiş,
Əllərimdən möhkən yapış,
Yari yolda qoyma məni.

İllər alib sağ solumu,
Havamin pisdir durumu,
Sənsiz itirrəm yolumu,
Yari yolda qoyma məni.

Sənsiz alar üstümü çən,
İtər ayim,günüm ,gecəm.
Yolcum ol son mənziləcən,
Yari yolda qoyma məni.....


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Sevgi şerləri
loading...