Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Gun Bitermiw...

Əbədi heç bir şey yoxmuş dünyada
Sən demə sevgi də bir gün bitərmiş
Məhəbbətlə dolu o gözəl günlər
Ancaq xəyallarda yada düşərmiş

Qədrini bilmədik məhəbbətin biz
Bir səhər yox oldu bitti sevgimiz
Bunda günahkarıq ancaq ikimiz
Səndən uzaqda da həyat keçərmiş

Dedin ki heç zaman biz ayrılmarıq
Ayrılıq acısın heç vaxt dadmarıq
Sən məni mən səni bir gün atmarıq
Bu sevgi bu istək solub gedərmiş...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi şerləri
loading...