Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayrilig

Ayrılığı düz seçim bildin..
Atəş deyil ki yanıp kül olsun..
Yağış deyil ki yağıb günəş qurutsun..
Quş deyil ki uzaq yerlərə uçsun..

Ayrılıq o qədər zordur ki həsrətində olursan..
Qurumuş yarpaq kimi ordan oraya uçursan..
Yanan bir şam kimi əriyib yox olursan..
Fırtınalı dəniz kimi dalğalanıb durursan..

İçmədən sərxoş olub başını divarlara vurursan..
Gündüzləri həsrətinlə yanar gecələri ağlarsan..
Yaşadığına görə peşman olursan...
Ayrılığın acısını ölü bir ürəklə yaşarsan..

Həsrət o qədər zordur ki..
Dərmansız dərtdir içindəki..
Üzün gülməz gözün görməz artıq..
Dünyadakı heç bir gözəlliyi..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 109 Bölmə: Sevgi şerləri
loading...