Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ONDA KÜLÇƏ İDİM…

Bu yerdə bir zaman adi uşaqdım,
Toz-torpaq içində eşələnərdim.
Gözü açılmamış sısqa bulaqdım,
Elə öz-özümə nəşələnirdim.
Bir parça od idim, bir parça alov,
Kim dinsə üstünə kişilənərdim.
Laylam şəlalənin, çayın gur səsi,
Hələ külçə idim, şer külçəsi.
Misramın dan yeri sökülməmişdi
Hələ adlı-sanlı vəzifələrdən,
Üstümə rəsmilik tökülməmişdi.
Nə soyuq təfəkkür dinərdi, nə də,
Alimlik yağardı şerlərimdən.
Nə kosmos, nə infarkt, nə aerodrom,
Nə raketlər var idi şerlərimdə.
Dünya mənim üçün maraqda idi,
Hələ məhəbbətim qabaqda idi,
Hələ kin-nifrətim qabaqda idi.
Təzə başlanırdı tərcümeyi-halım,
Ömrümün günləri sayılmamışdı.
Hələ varlığımın dərinliyində
Şöhrət duyğuları ayılmamışdı.
Büsbütün həyatdım alovlu, qaynar,
Qanıma soyuqluq yayılmamışdı.
Sadə adamlardan biriydim elə,
Dostlarım kim idi: Qəribağa, Adil,
Dostlarım kimi idi: Gülağa lələ,
Rəqibim kim idi: Mirzağa, Hadi…
Sadəlik işimdə, hərəkətimdə,
Sadəlik özümün bərəkətimdə,
Sadəlik fikrimin çaparlarında,
Sadəlik misramın çalarlarında,
Nə bəzi adamlar mənə əyilər,
Nə də təriflərə bələyərdilər.
Nə çox şərəfimə sağlıq deyilər,
Nə minnətli hörmət eləyərdilər.
“Qohumum” az idi, “dostum” az idi,
Kimsədən seçilməz, ayrılmaz idim.
Nə mənim başıma dolanırdılar,
Nə məni görəndə utanırdılar,
Nə məndən sirrini gizləyərdilər,
Nə durub yolumu gözləyərdilər…
Nə imzam, nə qolum var idi onda,
Nə adım, titulum var idi onda.
Ürəkdə yansa da məhəbbətləri,
Çoxları heç məni görməzdi əsla.
Nə də kəndimizin sayıq itləri
Üstümə bu qədər hürməzdi əsla.
Qızıl nur yağardı ocağımızdan,
Durub kənarında hey düşünərdim.
Çıxardım balaca otağımızdan,
Gəzib dolanardım, geri dönərdim.
Sadə adamlardan biriydim elə,
Dostlarım kim idi: Qəribağa, Adil,Dostlarım kimi idi: Gülağa lələ,
Rəqibim kim idi: Mirzağa, Hadi,
Düşmənim də adi, dostum da adi,
Adi adam idim, adidən adi…


Tarix: 25.03.2013 / 17:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Sevgi şerləri
loading...