TƏNHA GÖYƏRÇİN YUVASI
						Susma, danış.
 Heç olmasa dalaş,
 heç olmasa ağla,
 ağlat,
 tək olmadığımı anlat mənə,
 aldat məni.
 İndi mən
 savaş gedən ölkədə
 dünyaya gələn körpə qədər ümidsizəm,
 çarəsizəm,
 ya da tərk edilmiş
 göyərçin yuvası qədər kədərli…
Susma,
 ” səni sevirəm ” de.
 Lap ” sevmirəm ” de
 “nifrət edirəm”,
 lap “danışmıram” de.
 Amma danış, qurban olum,
 susmağın öldürmür məni,
 danış, heç olmasa ölüm…
XATİRƏ NURGÜL
Tarix: 26.03.2013 / 19:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 218 Bölmə: Sevgi şerləri
loading...