Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hayif

Hayıf
Əlimin qırışında
Yeriyən vaxta hayıf.
Saçımın yatışında
Taxta hayıf.
Köynəyimin rəngi ilə
Solur vaxt
Ayaqqabım tozlandıqca
Ölür vaxt
Hayıf, hayıf deyən
Dilinə hayıf.
Dodağın tərpənəndə
Təbəssüm qaymaqlı
Vaxta hayıf
Bir dəfə mənim olmağın
Yadıma düşdü
Ömrümün içində
“O vaxta” hayıf.
Bu havadan bir
Şırım aç
Bu küçədən yol salginən,
Ürəyimdə xalın yoxdu
Ürəyimə xal salginən,
Ürəyimə düşməyən
Xalına hayıf.


Tarix: 25.03.2013 / 18:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 222 Bölmə: Sevgi şerləri
loading...