Heyf
						Dünyanın ən ətirli
 gülütək sevdim səni,
 Heyf, hansı bağçada
 solmamış bir gül qaldı?
 Alışan ocaq kimi
 bağrıma basdım səni,
 Heyf, həmin ocaqdan
 bircə ovuc kül qaldı.
 Bütün sevdiklərimiz
 qara torpağın malı,
 Nə sevilən baxışlar,
 nə sevən könül qaldı.
Tarix: 26.03.2013 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 292 Bölmə: Sevgi şerləri
loading...