Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən. Mən də tanrı quşu olsam

Ə.Əylisliyə

Gün doğsa da, işıqlanmaz
ömrün qara günləri.
Tanrıyla kim barışdırar
bəxtindən küsənləri?

Canımıza hardan dolub
bu dəlilik havası?
Ağaclar da Məcnun olub
başında quş yuvası.

Quşa dönüb mollalar da,
qonub minbər başına.
Əzan verib bu şəhəri
basdırarlar axşama.

Mən də Tanrı quşu olsam,
mən də qonsam minbərə,
Hər nə desəm küfr çıxar
bəlkə bütün dinlərə.

Bəlkə məni dörd bir yandan
nişan alar ovçular
O minbərdən damla-damla
qanım yerə damcılar.

Bir yaralı molla uçar
sənə sarı. İlahi.
İnsanf elə bu yaramı
özün sarı, İlahi!..


Tarix: 28.05.2013 / 15:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 175 Bölmə: Sevgi şerləri
loading...