Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bura qədərmiş

Bu dünyada əbədilik nə var ki, Ömür kimi hər şey gəldi-gedərmiş, Nə sevginin günahı var nə bizim Bu sevginin ömrü bura qədərmiş. Məcnun ahı,Leylinin göz yaşları Nə biləydik əfsanəymiş,hədərmiş Qəm eyləmə hər yolun bir sonu var Bu sevginin ömrü bura qədərmiş Gülə-gülə başlamışdıq bu eşqi Axırında göz yaşıymış kədərmiş Məhəbbətin payız fəsli var imiş Bu sevginin ömrü bura qədərmiş Ayrılırıq xatirələr içində, Bu ayrılıq ölümdən də betərmiş Təsəllimiz bu olacaq sevgilim, Bu sevginin ömrü bura qədərmiş


Tarix: 25.03.2013 / 16:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 410 Bölmə: Sevgi şerləri
loading...