beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çuğundurlu rulet salatı
Çuğundurlu rulet salatı

MATERİAL SİYAHISI:

3 pörtmüş kartof
1 kasa çuğundur turşusu
1 kasa süzmə qatıq
1 kasa kornişon turşu
Cəfəri
Şüyüd
Yarım limon
Duz
Zeytun yağı

ÜZƏRİ ÜÇÜN:

Mayonez
Ketçup
Qatıq
Toz qırmızı istiot

İÇİ:

Pörtmüş kartofları qarışdırma qabına rəndələyirik. İçinə duz qoyuruq. Limonu sıxırıq zeytun yağını tökürük və yaxşıca yoğururuq. Bir məcməyi ölçüdə yağlı kağız kəsirik və qaba səririk. Üzərinə kartof əzilməsini qoyuruq və əlimizlə dümdüz düzbucaq forması veririk. Kartofun üzərinə süzmə qatqı sürürük. Çuğundur turşusunu dğruyuruq və qatığın üstünə səpirik. Yağlı kağız köməyi ilə rulon şəklində bükürük.

Boşqaba çatdırırıq. Mayonezi, bir qədər qatqı və ketçupu bir qaba qoyuruq. İçinə toz qırmızı istiot atırıq və qarışdırırıq. Bu sousu yağlı kağızdan etdiyimi kornetin içinə doldururuq. Cəfəri və şüyüd doğrayırıq. Kornişon turşu da uzununa dilimləyirik. Kartof valının üzərinə cəfəri və şüyüd səpirik. Sosu da üstünə sıxırıq.Kornişon turşularla bəzəyərək xidmət edirik.


Tarix: 22.04.2015 / 18:14 Müəllif: Nurana Baxılıb: 70 Bölmə: Salat tarifleri