beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəngli kartof salatı
Rəngli kartof salatı

MATERİAL SİYAHISI:

5 pörtmüş kartof
1 limon
1 dəstə cəfəri
1 dəstə şüyüd
Zeytun yağı
Duz

ÜZƏRİ ÜÇÜN:

1 çay bardağ pörtmüş yaşıl noxud
1 çay stəkanıqarğıdalı
1 pörtmüş yerkökü
Qara zeytun
İstiotlu zeytun
1 köz istiot
Süzmə qatıq
Ketçup
Xardal

İÇİ:

Pörtmüş kartofları əzirik. Cəfəri və şüyüd incə nazik doğrayırıq. Hamısını qarışdırma qabına alırıq. İçinə limonun suyunu sıxırıq zeytun yağını və duzunu tökürük. Xərcimizi yoğururuq. Altı çuxur piroq qəlibinə soyuducu poketinə bükürük İçinə kartoflu xərci qoyuruq və əlimizlə basdırıb üstünü düzəldirik. 10 dəqiqə soyuducuda sakitləşdiririk.

Boşqaba kartofu tərsinə çeviririk. Yerkökü balaca kub şəklində doğrayırıq. Qara zeytunu, istiotlu zeytunu və köz istiotu doğrayırıq. Doğrayan materialları qarışdırma qabına alırıq. Noxudu və qarğıdalını da əlavə edib qarışdırırıq. Bu qarışığı da kartofun üzərindəki çuxura tökürük. Üstünə xardal və ketçup kvadrat kvadrat sıxırıq Boşluqlara yaşıl zeytun dilimləri düzürük Aralara da qara cəfəri batıraraq xidmət edirik.


Tarix: 13.04.2015 / 21:20 Müəllif: Nurana Baxılıb: 158 Bölmə: Salat tarifleri