Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Köz bibər souslu lobya salatı
Köz bibər souslu lobya salatı

MATERİAL SİYAHISI:

1 kasa ağlobya
1 kasa dənə qarğıdalı
5 budaq təzə soğan
1 dəstə cəfəri
1 dəstə rəngli qarışıq göyərti

SOSU ÜÇÜN:

5 köz qırmızı istiot
1 diş sarımsaq
Zeytun yağı
1 limon

İÇİ:

Lobyanı qaynadırıq, süzürük və soyuduruq. Boşqaba qarışıq göyərtiləri iri qıraraq qoyuruq. Üzərinə lobya qoyuruq. Kənarlara dənə qarğıdalı səpirik. Təzə soğanları nazik doğrayırıq və üzərinə qoyuruq.

Sosu üçün, köz bibərləri doğrayıcıya qoyuruq. Sarımsağı əlavə edirik. Limon suyunu sıxırıq zeytun yağını tökürük və doğrayıcıdan keçirərək sos halına gətiririk. Salatının üzərinə sousu tökürük. Ortasına bir az cəfəri batıraraq xidmət edirik.


Tarix: 13.04.2015 / 13:04 Müəllif: Nurana Baxılıb: 56 Bölmə: Salat tarifleri
loading...