beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düyülü salat
Düyülü salat

MATERİAL SİYAHISI:

1,5 su b. Düyü
1 qırmızı istiot
1 yerkökü
1 su b. Qarğıdalı
1 limon
1 dəstə şüyüd
1 dəstə cəfəri
Zeytun yağı

İÇİ:

Yerkökünü soyuruq və xırda kub şəklində doğrayıb, qaynadırıq. Düyünü yuyub süzürük və ayrı bir qazanda qaynadırıq. Pörtən düyünü süzərək soyumağa qoyuruq. Qarışdırma qabına soyumuş olan düyü qoyuruq. İçinə pörtmüş yerkökü qoyuruq. Qarğıdalı qoyuruq. Qırmızı bibəri xırda kub şəklində doğrayırıq və əlavə edirik. Şüyüdü və cəfəri nazik doğrayırıq və əlavə edirik. Limonun suyunu sıxırıq Zeytun yağını tökürük və qarışdıraraq xidmət edirik.


Tarix: 22.04.2015 / 17:31 Müəllif: Nurana Baxılıb: 61 Bölmə: Salat tarifleri