beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düyü Salatı

MATERİAL SİYAHISI:

1,5 su b. Düyü
1 qırmızı istiot
1 yerkökü
1 su b. Misir
1 limon
1 dəstə şüyüd
1 dəstə cəfəri
Zeytun yağı

İÇİ:

Yerkökü soyuruq və xırda kub şəklində doğrayıb, qaynadırıq. Düyünü yuyub süzürük və ayrı bir qazanda qaynadırıq. Pörtən düyünü süzərək soyumağa qoyuruq. Qarışdırma qabına soyumuş olan düyünü qoyuruq. İçinə pörtmüş yerkökü qoyuruq. Misiri qoyuruq. Qırmızı bibəri xırda kub şəklində doğrayırıq və əlavə edirik. Şüyüdü və cəfəri nazik doğrayırıq və əlavə edirik. Limonun suyunu sıxırıq. Zeytun yağını tökürük və qarışdıraraq xidmət edirik.


Tarix: 03.02.2015 / 16:54 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Salat tarifleri