beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

«Meşə nağılı» salatı

«Meşə nağılı» salatı

İstifadə olunan məmulatlar:

• 3 ədəd qabığlı bişirilmiş kartof
• 2 ədəd bişirilmiş kök
• 2 ədəd marine edilmiş xiyar
• 1 ədəd iri qirmızı bolqar bibəri
• 1 banka konservləşdirilmiş v’ ya 200qr bişirilmiş şampinyon göbələyi
• 1 iri diş sarımsaq
• şüyut və cəfəri –bir dəstə
• smetan və ya mayonez
• duz , istiot – zövqə görə
Salatın "göbələk” və "güllərlə” bəzədilməsi üçün:
•Göbələyin gövdəsi üçün göy soğanın baş hissəsi
• 1 ədəd uzun turp (güllərin hazırlanması üçün)
• Güllərin mərkəzini hazırlamaq üçün limon qabığı

Hazırlanması

Əvvəlcə qırmızı bolqar bibərində və göy soğanın baş hissəsindən göbələk hazırlayırıq.Belə ki, göbələyin papaq hissəsini qirmizi bibərdən yarımdairəvi şəkildə kəsərək hazırlayiriq. Gövdə üçün isə göy soğanın baş hissəsindən istifadə edəcəyik.
göy soğanın baş hissəsinə bir neçə diş çöpləri bərkidin.
Sonra göbələyin papaq hissəsini diş cöplərinin üstünə bərkidin və göbələk formasını alın.
Bundan sonra kartofu, kökü, bibərin qalan hissəsini,marine edilmiş xiyarı xirda kub şəklində doğrayın və üzərinə xirda – xirda doğranmış sarımsağı,göyərtilərin yarısını , göbələyi əlavə edin.
Sonra hazir kütləyə xama və ya mayonez , zövqə görö duz. Istiot əlavə edib başqabın içərisinə təpə şəklində yerləşdirin.
Bu” təpənin” ustünə artıq qalmış göyərtiləri əlavə edin.
Bu ” təpənin” üst tərəfində "göbələyi” yerləşdirin və diş çöpləri vasitəsi ilə mayonez və ya xama ilə "göbələyi” bəzəyin.
Güllərin hazırlanması üçün turpdan yarpaq şəkilli hissələr kəsib çıxardın və salatin üstünə gül formasında düzüb ortasina limon qabığndan kəsilmiş dairəni yerləşdirin.
Beləliklə gözəl zövqlə hazırlanmış saıatı süfrəyə veririk. Nuş olsun!


Tarix: 29.11.2014 / 13:21 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Salat tarifleri