beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vitamin A və C azlığı astmaya səbəb ola bilər

Son 30 ildə 40 tədqiqat aparmış alim qrupu bildirib ki, A və C vitaminin qıtlığı astma xəstəliyi təhlükəsini artıra bilər.

Notingem universitetinin alimləri deyirlər ki, vitamin C-ni az qəbul edənlərdə astma riski 12 faiz artır. Bu haqda Thorax jurnalında məqalə dərc edilib.

Vitamin A-da riskin dərəcəsini aydın müəyyən etmək mümkün olmayıb. Lakin qrup deyir ki, burada da əhəmiyyətli əlaqə gözə çarpır.

Bu tədqiqatı aparan zaman, alimlər 1980-ci ildən bəri uşaq və yaşlılara dair dərc olunmuş informasiyanı təhlil ediblər.


Tarix: 08.01.2015 / 15:44 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Saglamliq