beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oruclu olarkən ətir iyləmək, buruna, qulağa və gözə damla dərman (kapli) tökmək

• Sual: Oruclu adama ətir iyləməyin hökmü nədir?
• Cavab: Oruclu adam yağ və ya dezodorant tipli ətirləri iyləyə bilər. Dezodorant tipli ətirləri iyləyərkən onun zərrəciklərini dərindən nəfəs alaraq udmaq olmaz. Çünki bu zərrəciklər onun mədəsinə daxil olur və belə halda orucu batil edir. Amma adi formada iyləmək isə oruca təsir etmir.
Sual-Buruna, qualğa və gözə tökülən damla orucu batil edirmi?

Cavab-Əgər buruna tökülən damla mədəyə gedərsə bu onun orucunu batil edir. Amma mədəyə getməyən damla isə orucu batil etmir. Buna görə də oruclu adam onun mədəsinə yetişəcək qədər damla tökməməlidir. Əksinə az miqdarda tökməlidir ki, onun mədəsinə getməsin. Bunun dəlili Peyğəmbərin ona Allahın salavatı və salamı olsun bu hədisidir: "Oruclu olmaqığın vaxt burnunu dərindən təmizlə". Amma qulağa və gözə tökülən damlalar, gözə sürtülən sürmə və s. isə orucu batil etmir. Çünki bu kimi şeylərə dəlil yoxdur və bu orqanlar yeyib içmək orqanları sayilmir.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin


Tarix: 04.04.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Ramazan