beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucun vacib edilməsində hikmət nədir?

Sual: Orucun vacib edilməsində hikmət nədir?
• Cavab: Əgər biz Allah təalənin bu ayəsini oxusaq "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı olasınız)" (Əl-Bəqərə: 183).
Bu ayədən göruruk ki orucun hikməti Allahdan olan qorxu və Ona olan ibadətdir. Təqva: haram edilənləri tərk etmək və əmr olunanları isə yerinə yetirməkdir.

Həmçinin Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Kim yalan danışmağı və ona əməl etməyi, cahilliyi tərk etməzsə Allahın, onun yeməyini və içməyini tərk etməsinə, ehtiyacı yoxdur". (Əl-Buxari\1903)
Buradan belə aydın olur ki, oruc tutan kimsə hər bir haram işdən çəkinməli və vacib olan əməlləri yerinə yetirməlidir. Ona qiybət etmək, yalan danışmaq, nəmmamlıq (sözgəzdirənlik) və s. etmək olmaz. Ümumiyyətlə bütün haramlardan çəkinmək, bacardığı qədər yaxşı işlər görmək və vacib olan əməlləri yerinə yetirmək lazımdır. Bunu bir ay ərzində edən insan, ilin qalan hissəsində öz nəfisini doğru istiqamətdə yönləndirə bilər. Amma təəsüflər olsun ki, oruc tutanların çoxusu oruclu günləri ilə digər günləri arasında heç bir fərq görmürlər. Onlar əvvəlki kimi vacib əməlləri tərk etməkdə və haram işlər görməkdə davam edirlər. Öz üzərlərində orucun məsuliyyətini hiss etmirlər. Bu adı çəkilən əməllər orucu batil etmir, amma onun savabını azaldır. Hətta ola bilsin ki, onun bu pis əməlləri orucunun savabı bərabərliyində olsun və nəticədə orucun savabını başa-baş itirsin.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!)


Tarix: 04.04.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Ramazan