beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1-2. Yemək və içmək

Əgər oruc tutan şəxs qəsdən bir şey yesə və ya içsə orucu batil olar, istər yeyilib-içilməsi adət olan (çörək və s. kimi), istərsə də yeyilib-içilməsi adət olmayan (torpaq və s.kimi); istər az olsun, istərsə də çox; hətta oruc tutan şəxs diş fırçasını ağzından çıxarıb yenidən ağzına salsa və onun rütubətini udsa orucu batil olar.
Əgər oruc tutan şəxs səhvən bir şey yesə və ya içsə orucu batil olmaz.
Oruc tutan şəxs, qida maddələrini əvəz iynə (qlükoza kimi) vurmaqdan çəkinməlidir. Lakin bədən üzvünü keyləşdirən dərmanı əvəz edən iynəni vurmağın eybi yoxdur.
Əgər şəxs yemək əsnasında sübh azanının vaxtının daxil olduğunu başa düşsə yeməyi dayandırmalı, ağzındakı tikələri çıxarmalıdır. Əgər qəsdən udsa orucu batildir və ona kəffarə (cərimə) də vacibdir.
Əgər şəxs dişinin arasında qalan şeyi qəsdən udsa orucu batil olar. Əgər şəxs dişinin dibində qalan qida qalıqlarının boğazına gedəcəyini bilsə, bu halda dişlərini təmizləməsə dişinin dibində qalan şeyin boğazına gedib-getməməsindən asılı olmayaraq, orucu batil olar.
Ağız suyunu (tüpürcəyi) udmaq orucu batil etmir. Başdan, sinədən gələn su (bəlğəm, burun suyu) əgər ağız boşluğuna çatmayıbsa onu udmağın eybi yoxdur. Amma ağız boşluğuna daxil olsa vacib ehtiyata (ehtiyata əsasən, əməl edilməsi vacib olan hökm) əsasən, gərək udulmasın.
Uşaq üçün yeməyi çeynəmək, xörəyi dadmaq və s. adətən, yerinə yetiriləndə boğaza çatmayan bu kimi işlərdən görərkən ağızda olan şeylər təsadüfən boğaza çatsa oruc batil olmaz. Amma şəxs əvvəlcədən bu şeylərin boğazına çatacağını bilsə və onları udsa orucu batil olar. Bu orucun qəzası tutulmalıdır və kəffarəsi də vacibdir.


Tarix: 08.01.2013 / 11:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 373 Bölmə: Ramazan