Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucun hikmətləri

Ramazan ayındakı oruc, İslamiyyətin beş şərtindən birincilərindəndir və İslam hökmlərinin ən mühümlərindəndir. Ramazandakı oruc sadəcə ac qalmaqdan ibarət deyil; saymaqla bitməyən bir çox hikmətləri vardır. Bu hikmətlərin bəzilərindən bəhs edək:

1- Allahu Təala yer üzünü bir nemət süfrəsi kimi yaradıb, hədsiz və hesabsız nemətlərlə doldurmuşdur. Bununla öz, “rübubiyyətini”, “rəhmaniyyətini” və “rəhimiyyətini” insanlara göstərmişdir. Ancaq insanlar qəflət pərdəsi altında olduqları və unutduqları üçün bu həqiqəti aydın şəkildə görə bilmirlər. Ramazan ayında isə insanların qəflətləri qırılır və o Uca Rəbbə qarşı həqiqi bir “abd”, həqiqi “qul” vəzifələrini xatırlayırlar. Həm də bütünlüklə, bütün aləmi-İslam ilə birlikdə.

2-İnsanlar məişət, yəni keçimlərinmə görə fərqli yaradılmışdır.Beləliklə, Uca Yaradan zənginlərə kasıblara kömək etməyi əmr etmişdir. Bunun üçün də hər insana insanlara qarşı şəfqət hissi verilmişdir. Ancaq Ramazan ayı xaricindəki vaxtlarda ac insanların aclıqları tam olaraq hiss olunmadığı üçün şəfqət hissi oyanmır. Ramazan ayında isə ən zənginindən ən kasıbına qədər hər kəs aclıq hissini dadır. Hər kəs özündən bir dərəcə kasıbı tapa bilər və ona şəfqət göstərmək, yardım etmək bir borcdur. Ramazan ayındaki oruc, bu hissi oyandırdığı üçün sosial həyatın rahatlığına vəsilə olur. Beləliklə oruc şükrün açarıdır.

3-İnsan, özünə verilən nemətlərə qarşı şükür etməlidir. İnsanın yaradılışının qayəsi şükürdür. Şükür isə ancaq “nemətin qiymətini təqdir etmək”, “nemətin Allahdan olduğunu bilmək” və “nemətə ehtiyac duymaqla” mümükündür. Ramazan xaric başqa vaxtlarda insan, həqiqi aclığı tam olaraq hiss etmədiyi üçün bəzən nemətləri lazımınca qiymətləndirə bilmir. Ramazanda isə ac qalmaqla “Bu nemətlər mənim mülküm deyil! Çünki bunların istifadəsində azad deyiləm” deyib neməti nemət bilir və gerçək vəzifəsi olan şükrə yönəlir.

4-Ramazandakı oruc, maddi və mənəvi bir pəhrizdir. İnsan Ramazan ayı xaricində istədiyi qədər yemək-içmək istəyir. Bu şəkildə bədəninə zərər verdiyi kimi, halal və haramlara diqqət etmədiyi üçün də mənəvi olaraq da zərər görür. Bu cür nəfsin cilovlanması çətinləşir; nəfs cilovları ələ keçirir, insana hər istədiyini etdirir. Ramazandakı oruc vasitəsiylə nəfs pəhrizə alışır və “əmrə tabe olmağı” öyrənir. Demək orucun İslamda mühüm təsiri vardır və cihadi-əkbər olan nəfslə mübarizədə ən təsirli silah orucdur.

5-Oruc nəfsin qürurunu, kibri qırır və insana acizliyini, nöqsanlarını, qul olduğunu hiss etdirir.

Orucun ən mükəmməli, bütün hisslərə, əzalara, duyğulara oruc tutdurmaq, hamısını Allahın razı olacağı fellərlə məşğul etməkdir. Haramlardan, məkruhlardan, boş və yararsız işlərdən bütün əza və hisslərə əl çəkdirməkdir. Peyğəmbərimiz buyurmuşdur ki: “Elə oruc tutan vardır ki, onlardan özlərinə qalan ancaq aclıq və susuzluqdur”. Belə kimsələrdən olmamaq üçün böyük səy göstərməliyik. Ramazanımız mübarək olsun! Haqq Təala tutacağımız orucları qəbul etsin. Amin.


Tarix: 05.05.2013 / 14:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 458 Bölmə: Ramazan
loading...