beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucla əlaqəli fətvalar (6-cı hissə)

Xəstəlik və ya qocalıq üzündən oruc tuta bilməmək.

1.Sual: Anam çox yaşlı qadındır. O, Ramazan ayı daxil olmamış bir neçə gün əvvəl bərk xəstələndi və xəstəliyi onu çox taqətdən saldı. Buna baxmayaraq o Ramazanın on beş gününü oruc tutdu qalan günləri isə oruc tuta bilmədi. Onların qəzasını etmək üçün taqəti də yoxdur. Belə halda o sədəqə verə bilərmi? Sədəqə nə qədər verilməlidir? Onu da deyim ki, ona mən baxıram və əgər onun sədəqə verməyə imkanı olmasa mən onun əvəzinə sədəqə verə bilərəmmi?.

Cavab: Sağalmayan xəstəlik və ya qocalıq üzündən oruc tuta bilməyən adam orucunu açmalı və hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidir. Allah təalə buyurur: "Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər...." (əl-Bəqərə: 184). Ibn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində deyir: "Ayə, oruc tuta bilməyən qoca kişi və qadınlar haqda nazil olmuşdur. Onlar hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidirlər" (Buxari rəvayət etmişdir). Ona görə də anan hər günün əvəzinə bir nəfəri yedizdirməlidir. Yeməyin miqdarı isə təxminən 1,3 kq yeyinti məhsulundan ibarət olmalıdır. Əgər yedizdirməyə imkanı yoxdursa onda ona günah yoxdur. Sən onun əvəzinə yedizdirə bilərsən. Bu əməlin yaxşılıqdandır və Allah təalə yaxşılıq edənləri sevir!
(Daimi elmi araşdırmalar mərkəzi).

Ağlını itirən adamın orucu haqda.

2.Sual: Mənim qızımın otuz yaşı var. Onun bir neçə övladı mövcuddur. On dörd ildir ki, o ağıldankəm xəstəliyinə tutulub. Əvvələr ağılı bir müddət istirdisə sonradan özünə gəlirdi və normal hərəkət edirdi. Amma indi artıq demək olar ki, üç aydır ardıcıl olaraq ağılı kəm vəziyyətdə davam edir. Namazını və dəstəmazını təkbaşına etməyi bacarmır. Mütləq onun yanında kiminsə olub ona göstəriş verməsi lazımdır. Indi isə artıq Ramazan ayı daxil olub və o yalnız bir gün oruc tuta bilib. Digər günləri oruc tuta bilməyib. Xahiş edirəm mənə bu haqda tövsiyə edin?! Mənim və onun boynuna düşənləri bəyan edin?! Çünki onun himayədarı mənəm.
Cavab: Əgər o qızın vəziyyəti həqiqətən də sizin dediyiniz kimidirsə ona namaz və oruc vacib deyil. Orucunu da qəza etməməlidir. Siz isə ona himayədarlıq etməkdə davam etməlisiniz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Hər biriniz məsuliyyətlisiniz və tabeçiliyinizdə olan adamlara görə də məsuliyyət daşıyırsınız...". Əgər bəzi hallarda ağlı başında olarsa həmin vaxtlarda olan namazları qılması vacibdir. Həmçinin Ramazan ayında da bir neçə gün özündə olsa onda yalnız həmin günləri oruc tutmalıdır.
(Daimi elmi araşdırmalar mərkəzi).

Işçi adamın oruc tutması haqda.

3.Sual: Bir məscid imamı xütbə zamanı dedi ki, işində ciddi məşəqqət yaranan və başqa işə sahib olmayan fəhlə orucunu aça bilər. Lakin bunun müqabilində hər günün əvəzinə bir nəfəri yedizdirməlidir. Quran və hədislərdə bu fikrin əsası varmı?
Cavab: Sadəcə bir işə görə orucu pozmaq olmaz. Əgər ciddi məşəqqət yaranıb onu iftar etməyə məcbur edərsə, onda məşəqqəti dəf edən miqdarda iftar edib günün qalan hissəsini günbatana qədər yemək yeməməlidir. Gün batandan sonra camaatla iftar edib həmin günü qəza etməlidir. Amma sənin dediyin fətva səhvdir.
(Daimi elmi araşdırmalar mərkəzi).


Heyzli və nifaslı qadınlar
Ramazan ayının istənilən günü sübh namazından sonra təmizlənərsə yemək və içməkdən imtina edib sonra həmin günün qəzasını etməlidirlər.

4.Sual: Əgər qadın sübh namazından dərhal sonra təmizlənibsə oruc tutmalıdırmı? Əgər oruc tutarsa bu gün onun üçün sayılacaq, yoxsa qəzasını etməlidir?
Cavab: Əgər qan sübhün vaxtı daxil olarkən və ya ondan bir az öncə kəsilibsə tutduğu oruc doğrudur və fərz orucu əvəz edir. Çimməyini gecikdirsə də orucu doğrudur. Amma qan sübhün vaxtı daxil olandan sonra kəsilərsə onda həmin gün yemək və içməkdən imtina etməli və o günün qəzasını etməlidir. Allah təalə daha yaxşı biləndir!


Heyzli qadının oruc tutması haqda

5.Sual: Qadın heyz (aybaşı) olduqda orucunu pozmalı və onun əvəzinə başqa gün oruc tutmalıdırmı?
Cavab: Heyzli qadının oruc tutması düzgün deyildir. Heyz olan kimi orucunu açmalı və təmizləndikdən sonra əvəzində başqa günlərdə qəza tutmalıdır.
(Daimi elmi araşdırmalar mərkəzi).

Oruclu halda yenidən qan axmasının başlanması.

6.Sual: Nifaslı (doğuşdan sonra qanaxma olan) qadın bir həftədən sonra təmizlənib müsəlmanlarla birgə Ramazan ayında oruc tutur və bir neçə gündən sonra yenidən qanaxma başlayır. Belə halda o orucunu pozmalıdırmı? Oruc tutduğu və tutmadığı günlərin qəzasını etməlidirmi?
Cavab: Nifaslı (doğuşdan sonra qanaxma olan) qadının təmizləndikdən sonra bir neçə gün oruc tutması və qirx gün ərzində qanaxmanın yenidən qayıtması halında, təmizləndiyi günlərdə tutduğu orucu doğrudur. Qanaxma başladıqdan sonra təmizlənənə və ya qırx günün tamamına qədər orucu və namazı saxlamalıdır. Çünki bu günlər nifas günləri sayılır. Nifas qırx gün davam etdikdən sonra onun müddəti qurtarır. Qırx gündən sonra qadın qüsl alıb təmizlənməli və namazlarını qılmalıdır. Əgər bu müddətdən sonra qanaxma dayanmazsa onda hər namaz üçün təmizlənməli və dəstəmaz almalıdır. Bu müddətdə qadının əri də ona yaxınlıq edə bilər. Çünki qırx gündən artıq axan qan nə oruca, nə namaza nə də cinsi əlaqəyə mane olmur. Əgər qırx gündən artıq axan qan əvvəlki heyz vaxtı ilə eyni vaxta təsadüf etsə onda bu qan heyz qanı sayılır və belə halda namaz qılınmır.

Dərman qəbul etmək.

7.Sual: Bəzi qadınlar orucu qəzaya qoymamaqdan ötrü qəsdən Ramazan ayında heyzin (aybaşının) qarşısını almaq üçün xüsusi dərmanlardan istifadə edirlər. Bu nə dərəcədə doğrudur? Və bunun müəyyən bir çərçivəsi varmı?
Cavab: Mənim fikrimcə qadınlara bunu etmək məsləhət deyil. Onlar Allahın qəza və qədəri ilə razılaşmalıdırlar. Çünki bu aylıq adətin öz hikməti vardır. Müəyyən dərmanlarla onun qarşısını almaq qadınların sağlamlıqlarına zərərlidir. Ona görə də belə əməllərdən çəkinmək lazımdır.
(Ibn Useymin)

Cənabət qüslünü sübhə qədər gecikdirmək.

56. Sual: Cənabət, heyz və ya nifas qüslünü sübhə qədər gecikdirmək olarmı?
Cavab: Sübhdən əvvəl təmizlənən qadın oruc tutmalıdır. Təmizlik qüslünü isə sübhdən sonraya saxlamaq olar. Amma bunu gün çıxan vaxta qədər gecikdirmək olmaz. O, günəş çıxmadan əvvəl çimməli və namazını qılmalıdır. Həmçinin cənabətli adam da belə etməlidir.


Tarix: 05.05.2013 / 13:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 469 Bölmə: Ramazan