beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədr Gecəsini necə ihya edək və bu gecə nə zamandır?

Sual: Biz qədr gecəsini necə keçirməliyik? Namaz qılmaqla, yaxud Quran və Peyğəmbərin sallallahu aleyhi və səlləm həyatını oxumaqla, moizələrə və dərslərə qulaq asmaqla və ya bunu məsciddə qeyd etməklə keçirməliyik?

Cavab: Həmd Allaha məxsusdur.

Birincisi:

Allahın Rəsulu sallallahu aleyhi və səlləm digər vaxtlarda çalışmadığı qədər, Ramazanın son on günlərində namaz qılmaqla, Quran oxumaqla və dua etməklə çox səy göstərirdi. Əl-Buxa`ri və Muslim Aişədən radiyallahu anhə rəvayət edirlər ki, Ramazanın son on günü daxil olduqda Peyğəmbər sallallahu aleyhi və səlləm gecəni ihya edər və ailəsini oyadardı və cinsi əlaqədən çəkinərdi. Əhməd və Muslimdə gələn rəvayətdə: “ O sallallahu aleyhi və səlləm Ramazanın son on günündə digər vaxtlarda çalışmadığı qədər səy göstərirdi”.

İkincisi:

Peyğəmbər sallallahu aleyhi və səlləm Qədr Gecəsinin namazına qalxaraq imanla və savabını umaraq namaz qılmaqdan ləzzət alırdı. Əbu Hureyradan radiyallahu anhu rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Kim Qədr Gecəsi imanla, savabını umaraq namaz qılarsa onun keçmiş günahları bağışlanar”. Bu hədis Qədr Gecəsini namaz qılaraq keçirməyin icazəli olduğuna dəlalət edir.

Üçüncüsü:

Qədr Gecəsi söylənilən ən yaxşı dualardan biri, Peyğəmbərin sallallahu aleyh və səlləm Aişəyə radiyallahu anhə öyrətdiyi duadır. Əl-Tirmizi rəvayət etmişdir və hədisə səhih demişdir. Aişə radiyallahu ahə deyir: “ Mən dedim, ey Allahın Rəsulu sallallahu aleyhi və səlləm əgər mən Qədr Gecəsinin hansı gecə olduğunu bilsəm, həmin gecə nə deyim? O dedi: Belə söylə: Allahummə innəkə Afuvvun tuhibbu al-afva fa`affu anni (Ey Allahım, Sən Bağışlayansan və bağışlamağı sevirsən, ona görə də məni bağışla).

Dördüncüsü:

Ramazanda hansı gecənin Qədr Gecəsi olduğunu xüsusiləşdirməyə gəldikdə isə, bunun üçün dəlil lazımdır, lakin axırıncı on tək gecələrin (Qədir gecəsi olduğu) digərlərinə nisbətən daha çox və iyirmi yeddinci gecənin Qədr Gecəsi olduğu daha çox güman edilir. Belə ki, bu barədə hədislər varid olmuşdur.

Beşincisi:

Bidətlərə gəldikdə isə, nə Ramazanda və nə də digər vaxtlarda caiz deyil. Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə dediyi sabitdir: “Hər kim bizim bu dinimizə ondan olmayan bir şey gətirərsə o rədd olunur (qəbul olunmur)”.

Ramazanın bəzi gecələrində edilən mərasimlərə gəldikdə isə, onların heç bir əsası yoxdur. Hidayətin ən yaxşısı Muhəmmədin sallallahu aleyhi və səlləm hidayəti və işlərin ən pisi (sonradan çıxarılan)bidətlərdir.

Tövfiq (müvəffəq etmək) Allahdandır.

Allahın salamı və xeyir-duası Muhəmmədə sallallahu aleyhi və səlləm onun ailəsinə və səhabələrinə olsun.

Daimi Elmi Araşdırmalar Mərkəzi,10/413


Tarix: 04.05.2013 / 17:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 141 Bölmə: Ramazan