beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan Bayramının Əhkamları

Rəhimli və Mərhəmətli olan Allahın adıyla

Aləmlərin rəbbi olan Allaha həmd-sənalar olsun, peyğəmbərlərin və Rəsulların(mürsəllərin) ən şərəflisi olan peyğəmbərimiz Məhəmmədə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.
Və sonra:

Bu risalə mübarək Ramazan bayramı və fitrə zəkatı haqqında qisa bir risalədir. Risalənin Peyğəmbərimizin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) sünnəsinə müvafıq, asan və başa düşülən bir şəkildə olmasına çalışdım. Allahdan onu hamı üçün faydalı etməsini, bizdən başqa əməllərimizi də qəbul etməsini diləyirəm.

Ramazan bayramının əhkamları

Birinci: Bayram namazına qüsl və gözəl paltar geyməklə hazırlıq.
Məlik Muvatta kitabında Nafiidən belə rəvayət etmişdir: " İbn Omər (Allah onların hər ikisindən razı olsun) Ramazan bayramında namaza cıxmazdan öncə qüsl alardı " ( səhih isnaddır). Ibn Əl- Qeyyim demişdir: İbn Omər (Allah onların hər ikisindən razı olsun) sünnətə son dərəcə çox əməl etdiyi üçün bayram günü namaza çıxmazdan öncə qusl alardı. (Zəd -əl məad 1/ 442).
Həmçinin hər iki bayrama ən yaxşı paltarını geydiyidə sabit olmuşdur.
Ibn Həcər demişdir: " İbn Əbi Əd- Dunya və Beyhaqqi səhih isnadla İbn Omərdən onun hər iki bayrama ən yaxşı paltarını geydiyini rəvayət etmişlər " (Fəth Əl –Bari 2/51). Bu iki və başqa əsərlərə görə alimlərin çoxu bayram günü bəzənmək və qüsl almağın müstəhəb olduğunu vurğulamışlar.

Ikinci: Bayram namazına çıxmadan öncə tək sayda olmaqla: üç, beş və təkləşdirməklə daha artıq xurma yemək müstəhəbdir. Ənəsdən (Allah onldan razı olsun) rəvayət olunan hədisdə deyilir: " Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Bayram günü xurma yeməmiş (namaza) çıxmazdı. Xurmaları tək sayda yeyərdi " (Buxari rəvayət etmişdir).

Üçüncü: Evindən çıxdığı andan namaz qılınan yerə gələnədək, kişilərə uca, qadınlara isə alçaq səslə təkbir etmək müstəhəbdir.
Abdullah ibn Omərdən (Allah onların hər iksindən razı olsun) rəvayət olunan hədisdə belə deyilir: " Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Ramazan bayramı günündə evindən çıxdığı andan ibadətgaha gələnədək təkbir edərdi" (başqa hədislərin şahidliyi ilə səhihdir).
Nəfiidən belə rəvayət olunur: "İbn Omər Ramazan və qurban bayramı evindən çıxdığı andan ibadətgaha gələnədək təkbir edərdi. İbadətgaha gəldikdə imam gələnədək, imam gəldikdə onun təkbiri ilə təkbir edərdi " (Daruqutni və başqaları səhih isnadla rəvayət etmişlər).
Diqqət: Cammaat şəklində bir səslə təkbir etmək bidətdir. Belə etmək nə Peyğəmbərdən (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) nə də səhabələrindən sabit olmamışdır. Hər kəsin fərdi şəkildə təkbir etməsi daha düzgündür.

Dördüncü: Namaza piyada getmək müstəhəbdir.
Əli (Allah ondan razı olsun) belə deyir:" Bayrama piyada getmək sünnətdəndir" Tirmizi rəvayət etmiş və demişdir: bu hədis həsən hədisdir, alimlərin çoxu ona əməl etmiş, bayrama gəzərək getməyi, və üzürlü olan kimsədən başqa miniyə minməməyi müstəhəb görmüşlər. (Səhih sünnən Tirmizi).

Beşinci: Namaza gəldiyi yolla deyil başqa yolla qayıtması müstəhəbdir.
Cəbir (Allah ondan razı olsun) dedi: " Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) bayram günündə yolunu dəyişərdi " (Buxari rəvayət etmişdir).

Altıncı: Bayram namazı günəş doğduqdan və yüksəldikdən sonra azan və iqaməsiz qılınar.
Bayram namazı iki rukətdir.birinci rukətdə yeddi, ikinci rukətdə beş təkbir var. İmamın bu iki rukətdə səslə əl-Əla, əl-Ğaşiyə və ya Qaf və əl-Qəmər surəsi oxuması müstəhəbdir. Bayram xütbəsi namazdan sonra olur. Qadınlar da bayram namazına çıxa bilər.
Söylədiklərmizə dəlil olaraq:
1- Aişə (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Ramazan və Qurban bayramında birinci rukətdə yeddi ikinci rukətdə beş təkbir edərdi " (Səhih sünnən Əbi Davud).
2- Nomən ibn Bişr (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) bayramlarda "Ən uca olan Rəbbinin adını pak tutub şəninə təriflər de!" (əl-Əla) və " bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?"( əl-Ğaşiyə) sürəsini oxuyardı "(səhih sünən ibn Məcə).
3- Übeydullah ibn Abdullahdan (Allah ondan razı olsun) Omər ibn Əl- Xattab Əbə Vaqid Əl-Leysidən " Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Ramazan və qurban bayramında (namazda) nə oxuduğunu soruşdu. Dedi: hər iki bayramda "Qaf! Şanlı Qurana and olsun" (Qaf) və "O saat yaxınlaşdı və ay parçalandı" (əl-Qəmər) surəsini oxuyardı" (Müslim rəvayət etmişdir).
4- Ummu Atiyyədən (Allah ondan razı olsun) belə rəvayət olunur: "Bayram günü bizə çıxmaq, heyzli və bakirə qızları da bayram namazına çıxartmaq əmr olunurdu. Heyzli (aybaşı) olan qadınlar namazgaha daxil olmadan müsəlmanların dualarını müşahidə edərdilər" (Buxari və Müslim rəvayət etmişdir).
5- Abdullah ibn Abbas (Allah onların hər ikisindən razı olsun) dedi: "Ramazan bayramının namazını Allahın Peyğəmbəri ilə, Abubəkrlə, Omərlə və Osmanla qıldım. Hamısı namazı xütbədən qabaq qılardı" (Müslim rəvayət etmişdir).
6- Abdullah ibn Abbas (Allah onların hər ikisindən razı olsun) dedi: "Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) bayram namazını azan və iqaməsiz qılardı" (Səhih sünnən Əbi Davud).

Yeddinci: Bayram cümə günü ilə bir günə düşərsə, bayram namazı qılana cümə namazı vacıb olmaz.
Abdullah ibn Abbas (Allah onların hər ikisindən razı olsun) Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) dedi: "bu gün iki bayramınız cəm olub; kim cüməni qılmaq istəmirsə, onu azad edirəm, biz isə Allahın izni ilə hər iksini qılacağıq" (Səhih sünnən Əbi Davud).

Səkkizinci: Müsəlmanlarla birgə bayram namazı qılmağa çatmayan, özü bayram namazını olduğu kimi qıla bilər.
Insanlar bayram gününün olduğunu yalnız zəval (günəşin zeniti keçməsi) vaxtından sonra bilsələr bayram namazını sabahki gün qılırlar.
Əbi Umeyr ibn Ənəsdən o da Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) səhabələrindən olan əmisindən belə rəvayət etmişdir: "bir karvanın adamlarından Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) yanına gələrək onların dünən hilalı (ayı-ramazanın bitdiyini və ya girdiyini bilmək üçün yeni ayın çıxdığını görmək) gördüklərinə şahıdlik etdilər. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) onlara oruclarını açmağı və sabah bayram namazı qılmaq üçün ibadətgaha getmələrini əmr etdi" (Abu Davud, Tirmizi, Nasəi, ibn Macə Rəvayət etmiş, Beyhhaqqi, Navvavi, ibn Hacar və başqaları səhihləşdirmişdir).

Doqquzuncu: İnsanlar bir – birini Allah bizdən və sizdən qəbul etsin deyə təbrik edə bilərlər.
Ibn Tərkamani demişdir: Bu haqda (təbrik etmək haqqında) yaxşı hədis vardır......Məhəmməd ibn Ziyad dedi: "Əbi Umamə Əl- Bahili və Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) başqa səhabələri ilə birlikdə idim. Bayram namazından qayıtdıqları zaman bir–birinə Allah bizdən və sizdən qəbul etsin deyirdilər." İmam Əhməd, isnadı yaxşıdır, demişdir (Əl cəvhər ən-nəqi kitabı 3/320).

Onuncu: Bayram günü sevinc və səxavət günüdür.
Ənəs (Allah ondan razı olsun) dedi: " Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Mədinəyə gəldiyində Mədinə əhlinin oynayaraq bayram etdiyi iki gün vardı. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) iki günün nə olduğunu soruşdu. Onlar cahillikdə ikən bu iki günü bayram etdiklərini söylədikdə Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dedi: Allah təalə bunu sizin üçün bundan daha xeyirli olan bir şeylə Ramazan və Qurban bayramı ilə əvəz etmişdir." (Səhih sünnən Əbi Davud).

On birinci: Müsəlman qardaşım, çox insanların etdiyi şəriətə müxalif olan şeylərdən; isbal kimi(kişilərə haram olan şalvarın topuğdan aşağa düşməsi) haram geyimlərdən, saqqalı qırxmaqdan, müsiği dinləyərək keçirilən haram yığıncağlardan, harama baxmaqdan, qadınların açıq saçıq qeyinərək kişilərə qatışmalarından çəkin. Ey namuslu ata, ailəni qadın və kişilərin bir-birinə qatışdığı toplu yerlərə, dəniz sahilinə, açıq aydın münkər olan gəzinti yerlərinə aparmaqdan çəkin.

Fitrə zəkatı.

Hökmü:
Böyük, kiçik, kişi, qadın, azad və qul olan hər bir müsəlmana vacibdir.
Abdullah ibn Omar (Allah onların hər iksindən razı olsun) dedi: "Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) ramazanın fitrə zəkatını 2,5 kq xurma və ya buğda çıxarmağı hər bir müsəlman kimsəyə, qadın və kişiyə, böyük və kiçiyə , azad və qula fərz etmiş və insanların bayram namazına çıxmasından oncə verilməsini əmr etmişdir". (Buxari rəvayət etmiş və Əbu Davud səhih isnadla bu ziyadəni etmişdir: "İbn Omər fitrə zəkatını bayramdan bir və ya iki gün oncə çıxarardı").

Musəlman özünün və ailəsinin bayram günü və gecəsi gündəlik qidasından artıq ərzağı olduğu halda özünün və təmin etdiyi müsəlman olan kəslərin zövcəsi, uçaqları adından çıxarmalıdır. Yaxşı olar bacardiqca hər kəs öz adından çıxarsın çünki bu hər kəsin özündən tələb olunur. Ana bətnində olan uşaq üçün fitrə zəkatı çıxarmaq vacıb deyil. Fitrə zəkatını pul şəklində çıxarmaq caiz deyil. Bu Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) əmrinə və əshabının felinə müxalifdir. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: "kim bizim əməlimizə uyğun olmayan bir əməl edərsə o rədd olunur." (Müslim rəvayət etmişdir).

Hikməti:
Abdullah ibn Abbasdan (Allah onların hər iksindən razı olsun) gələn hədisdə deyilir: "Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) fitrə zəkatını oruc tutanın pis və boşu – boşuna etdiyi əməllərindən təmizlənməsi və kasıbların doyması üçün fərz etmişdir. Kim onu bayram namazından öncə çıxarsa zəkatdır, kim namazdan sonra çıxarsa sədəqələrdən bir sədəqədir."( Əbi Davud və ibn Məcə yaxşı isnadla rəvayət etmişlər).

Fitrə zəkatının çixarlması vacib olan şeylər bunlardır:
Fitrə zəkatı xurma, buğda,düyü insanların adətən yedikləri başqa şeylərdən çıxarılır.
Əbu Səid Əl- Xudridən (Allah ondan razı olsun) belə rəvayət olunmuşdur: " Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) zamanı fitrə zəkatını 2,5 kq yeməkdən çıxarardıq. O zaman yeməyimiz buğda, kişmiş, pendir (kəsmik) və xurma idi" (Buxari rəvayət etmişdir).

Fitrə zəkatının vacib olduğu vaxt:
Bayram gecəsi günəş batdıqda fitrə zəkatını çıxarmaq vacib olur. Günəş batmazdan bir dəqiqə qabaq olsa belə, ölən şəxsə fitrə zəkatı vacib olmaz. Günəş batdıqdan bir dəqiqə sonra olsa belə, ölən şəxsın əvəzınə fitrə zəkatı çıxarmaq vacibdir. Günəş batmazdan qabaq doğulan uşaq üçün fitrə zəkatı çıxarmaq vacibdir. Günəş batdıqdan sonra doğulan uşaq üçün fitrə zəkatı vacib deyildir.

Çıxarıldığı vaxt:
Fitrə zəkatı səhabələrin etdiyi kimi bayram günündən bir və ya iki gün əvvəl cıxarılır. Abdullah ibn Omərın (Allah onların hər iksindən razı olsun) qulu Nafiidən belə rəvayət olunur: "(fitrə zəkatını) Bayram günündən bir və ya iki gün qabaq çıxarardılar" (Buxari rəvayət etmişdir).
Son vaxtı isə İbn Omər və ibn Abbasın hədisində keçdiyi kimi Bayram namazıdır.

Miqdarı:
Hər bir müsəlmana bir saa (çəki vahidi) yəni 2,5 kq çıxarmaq düşər. Fitrə zəkatını bir neçə kasıb arasında bölmək caizdir. Həmçinin bi neçə fitrə zəkatını bir adama vermək olar.

Əhli:
Abdullah ibn Abbasdan (Allah onların hər iksindən razı olsun) gələn hədisdə deyiliyi kimi "kasıbların doyması" yəni fitrə zəkatı kasıb və fəqirlərə verilir.

Diqqət: Bəzi insanların etdiyi kimi fitrə zəkatını kasıb və fəqirlərə deyil yaxın qohumlara, qonşulara, bir- biri ilə dəyişərək və ya hər il zəkat əhli olub olmadığına baxmadan eyni ailəyə vermək xətadır.

Verildiyi yer:
Fitrə zəkatı fəqirlərin olduğu,daim məskunlaşdığı, və ya başqa qaldığı yerlərdə verilir. Həmçinin fitrə zəkatını başqa ölkəyə nəql etmək olar. Əslən, bu, caizdir. Qadağa etmək üçün dəlil olmalıdır.



Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın
salavatı və salamı olsun.


Tarix: 04.05.2013 / 17:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 537 Bölmə: Ramazan