beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Seç " qəzəli

Eşqə düşdünsə əgər ya qəmi, qəmxanəni seç,
Ya alıb badə ələ saqini, meyxanəni seç.

Ya çəkin birkərəlik eşq oduna yanmaqdan,
Ya da əvvəldən elə məsləki-pərvanəni seç.

Ya unut aləmi yarın səri-kuyində dolan,
Ya da bayquş kimi bir guşeyi-viranəni seç.

Hər yetən adəmə öz sirrini izhar eləmə,
Dərdini bölməyə bir aqilü fərzanəni seç.

Bəhri-eşq içrə əgər sındısa eşqin gəmisi,
Yan alıb sahilə yar qurduğu tərsanəni seç.

Ikisindən də əgər istəməsən çıxsın əlin,
Ya canı, ya da ki biryolluğa cananəni seç.

Dağıdıb vermə yelə zülfünü, ey gül, nolur
Ya bu yüz parə olan könlümü, ya şanəni seç.

Yasin, eşqin yolunu tutsan əgər mən kimi sən,
Qəmi həmdəm elə öz könlünə, qəmxanəni seç.


Tarix: 27.03.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Qezeller