beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Yalvarıb ol məhi-rüxsarə demişdim gəlsin " qəzəli

Yalvarıb ol məhi-rüxsarə demişdim gəlsin,
Olmamış ta cigərim parə, demışdim gəlsin.

Əsir ahəstə xəzan yelləri eşqin bağına,
Düşməmiş qış bu çəmənzarə, demışdim gəlsin.

Qoymasın öldürə həsrət qəmi bu aşiqini,
Etmək üçün dəxi bir çarə demişdim gəlsin.

Salıb hicran qəmi bu aşiqi yorğan-döşəyə,
Çəkməyə baş bu dili-zarə demişdim gəlsin.

Getməyindən də mən heç razı deyildim, hərgah
Getsə də hansı yanə, harə demişdim gəlsin.

Getməmişdən hələ əvvəl dalağım sancmışdı,
Dil töküb yalvara-yalvarə demişdim gəlsin.

Gəlmədi, Yasin, axır dözməyib öldüm, əmma
Ölməmiş mən bu günü qarə demişdim gəlsin.


Tarix: 27.03.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 80 Bölmə: Qezeller