beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Avarəyəm illərdi ki, bir gül sorağında " qəzəli

Avarəyəm illərdi ki, bir gül sorağında,
Oldum, yanıb artıq o gülün kül, sorağında.

Düşdüm üzü səhralarə Məcnun kimi mən də,
Bir gözləri nərgiz, saçı sünbül sorağında.

Eşq içrə işim müşkülə düşmüş, köməyim yox,
Canım gedir əldən daha müşkül sorağında.

Ah-nalə çəkib ağlayıram mən gecə-gündüz,
Adətdi gülün zar ola bülbül sorağında.

Var ümmidim axır yetərəm arzuma, Yasin,
Dildarımın, Allaha təvəkkül, sorağında.


Tarix: 27.03.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 147 Bölmə: Qezeller