beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Bizi də sevgilimiz yad edər inşaallah " qəzəli

Bizi də sevgilimiz yad edər inşaallah,
Qüssə-qəmdən qutarıb şad edər inşaallah.

Qurban olluq o kərəm sahibi dildarımıza,
Darda qoymaz bizi, imdad edər inşaallah.

Onsuz illərdi bu viranə qalan könlümüzü,
Gəlib istəkli yar abad edər inşaallah.

Qüssə-qəm ləskəri işğal eləyib qəlbimizi,
Yenə öz yarımız azad edər inşaallah.

Biz yetim zümrəyə gəl çoxdu deyən, amma yenə,
Çarəni bir o pərizad edər inşaallah.

Yoxdu bir zərrəcə şübhəm buna, əlbət bir gün,
Kəc rəqibin özü fəryad edər inşaallah.

Deyir əhvalıma vaqiflər hamı “bir gün axır,
O pəri Yasini ustad edər inşaallah”.


Tarix: 27.03.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Qezeller