beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hıçqırığı necə dayandıraq?!

Demək olar ki, həyatda hamımızın qarşılaşdığı və çoxlarının səbəbini bilmədiyi hıçqırıq bəzən gün boyu davam edib zəhlətökən ola bilir.
Bəs hıçqırıq nədir?
Hıçqırıq insan nəfəs alıb verdiyi zaman diafraqmada baş verən problem nəticəsində yaranır. Biz nəfəs alarkən hava axını ciyərlərimizə dolur nəfəs verərkən isə bu axın ciyərlərimizi tərk edərək çölə çıxır. Bəzən bu proses zamanı diafraqmamızda qıcıqlanmalar baş verir və bunun da nəticəsində boğazımızdan sorulan hava maneylə rastlaşır. Maraqlıdır ki,hıçqırma tez-tez və həddindən artıq yeməklə,həyəcanlanan və ya hirslənən zaman da baş verə bilər. Bu növ hıçqırıqlar maksimum bir gün davam edə bilər. Lakin bəzi qeyri adi hallar olur ki, bu zaman hıçqırıqlar günlərlə hətta həftələrlə davam edir bu isə artıq başqa bir sağlıq probleminin mövcudluğundan xəbər verir.
Hıçqırığı necə dayandırmalı?
Bunun üçün adətən bir stəkan soyuq su içmək, dilin altına şəkər qoyaraq onu sourmaq və hıçqırarkən nəfəsi içəri çəkib ən az 10-15 saniyə nəfəs almadan dayanmaq ən çox istifadə olunan üsullardır.


Tarix: 21.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Qastroenterologiya