beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mədə yırtığı

Məlumata görə mədə yırtığı daha çox mədənin bir qisminin diafraqma yolu ilə sinəyə çıxıntı etdiyi zaman meydana gəlir.
Diafraqma qarınla sinəni ayıran əzələ qatından örtü hesab olunur. Mədə yırtığından söhbət etdikdə yemək borusu haqqında məlumata sahib olmaq vacibdir.
Yemək borusu boğazı mədəyə bağlayan kanal hesab olunur. Mədə yırtığının müalicəsində ilk növbədə diqqətə alınması lazım olan əlamətlərdir.
Həmin əlamətlər yüngül olduqda bu istiqamətdə əsaslı müalicəyə ehtiyac duyulmur. Lakin həyat tərzinə uyğun olaraq müalicəyə ehtiyac duyulduqda və həkim məsləhət bildikdə müalicə prosesi gecikdirilməməlidir.
Sadə müalicə prosesində lazımi proseduralardan əlavə aşağıdakılar məsləhət görülür:

• Gün ərzində iki və ya üç böyük yemək payları yemək əvəzinə kiçik paylarla kifayətlənmək;
• Şokolad, nanə və ya spirt istifadə etməmək;
• Yağlı yeməklərdən və kofeindən imtina;
• Siqaret çəkməmək;
• Yatağınızın baş hissəsini qaldıraraq və ya çarpayını ayaqlarından yüksəldərək baş qismini qaldırmaq

Əgər əlamətlər şiddətlidirsə və ya tez ortaya çıxırsa həkiminizin müalicə üçün yazdığı reseptə əməl edə bilərsiniz.
Bu cür hadisələrdə adətən əməliyyat vasitəsi ilə mədə təkrar olaraq qarına çəkilə bilər.


Tarix: 21.01.2015 / 11:00 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Qastroenterologiya