Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

QastroenterologiyaMədə qanaması

Mədə qanaması dedikdə təkcə mədədə deyil, yemək borusunda, mədənin çıxışında olan 12 barmaq bağırsağın hər hansı bölgəsində olan qanama başa düşülür.
Qanaxma səbəblərinə mədədə olan qanama, damarlarda meydana gələn cırılma və cızığlar aiddir. Həmin damarlardan qanın çölə çıxması mədə qanamasını əmələ gətirir.
Yemək borusunda olan qanamalar reflükslə bağlı iltihabı hadisələrdən və ya qaraciyər xəstələrində görünən problemdən baş verir.
Hər kəs bir-birindən dadlı, ləzzətli yeməkləri sevir. Amma təssüf ki, mədə-bağırsaq sistemimizdə zaman-zaman meydana çıxan bəzi xəstəliklər orqanizmimizdə bəzi fəsadlara yol açır. Həmin fəsadlardan biri mədədə yaranan xora tipli yaralardır. Məlumata görə mədə ilə əlaqədar qanamalardan şikayətçi olanların 60% xora tipli qanamalardan əziyyət çəkir. Bu Ardı »

QastroenterologiyaHidrokolonoterapiya

Hidrokolonoterapiya - Yoğun bağırsaq yollarının su ilə dərin yuyulması və effektiv temizlənmə metodudur.
Hidrokolonoterapiya klinikada müasir texnika və birdəfəlık rektal nabor ilə tətbiq edilir ki, prosedura təhlükəsiz olur.
Hidrokolonoterapiya prosedurası 25-45 dəqiqə ərzində baş verir. Prosedura ağrısızdır. Proseduradan sonra xəstə öz daimi işinə rahat buraxıla bilər.
Prosedura vaxtı xoşagəlməz iy və xəstədə neqativ emosianal təşviş olmur.
Proseduranın tətbiq edilməsinə icazə verilir:
Yoğun bağırsaqların təmizlənməsi: toksik tullantıları və bərkimiş nəcis kütlələri, patoqen mikroorqanizm, qaz tıxacları aradan götürülür.
Bağırsaqların peristaltikası yaxşılaşır, onun əzələ qatının tonusu artır.
Düz bağırsaq daha effektiv işləyir, nəcis kütlələrinin hərəkəti sürətlənir və bağırsaqların təmizlənməsi qeyd edilir.
Yoğun bağırsaqların forması bərpa olunur. Hidrokolonoterapiya prosedurası orqanizmin immun statusunu xeyli Ardı »

QastroenterologiyaProbiotiklər ishalı önləyir

Məlumata görə səyahətçilərin, müəyyən qidaları requlyar qəbul edənlərin, immunodefisitli insanların, gündəlik tibbi xidmət iştirakçılarının daha çox ishal riski ilə qarşılaşa bilməsi deyilir.
Lakin günümüzdə ishalı önləmənin yollarının çox olduğu məlumdur. Həmin yollara yeməkdən əvvəl və tualetdən döndükdən sonra əlləri yumaq, çirkli əşyaları uşaqların ağzına aparmasının qarşısını almaq, spirt əsaslı əl gellərindən tez-tez istifadə etmək, tam bişirilməmiş ət yeməmək, antibiotik qəbulu və s. aid edilir.
Antibiotikdən istifadə edən xəstələrin eyni dövrdə probiotik qəbul etmələrinin faydalı olacağı bildirilir. Məlumata görə antibiotiklərdən gözlənilən effektiv təsir yetərli olmadıqda probiotiklər kömək edir.
Mütəxəssislərə görə, probiotik, mədə və bağırsaqlardakı bakteriya miqdarını nizamlayaraq xəstənin ishal olmasına maneə törədir. Ardı »

QastroenterologiyaMədə yırtığı

Məlumata görə mədə yırtığı daha çox mədənin bir qisminin diafraqma yolu ilə sinəyə çıxıntı etdiyi zaman meydana gəlir.
Diafraqma qarınla sinəni ayıran əzələ qatından örtü hesab olunur. Mədə yırtığından söhbət etdikdə yemək borusu haqqında məlumata sahib olmaq vacibdir.
Yemək borusu boğazı mədəyə bağlayan kanal hesab olunur. Mədə yırtığının müalicəsində ilk növbədə diqqətə alınması lazım olan əlamətlərdir.
Həmin əlamətlər yüngül olduqda bu istiqamətdə əsaslı müalicəyə ehtiyac duyulmur. Lakin həyat tərzinə uyğun olaraq müalicəyə ehtiyac duyulduqda və həkim məsləhət bildikdə müalicə prosesi gecikdirilməməlidir.
Sadə müalicə prosesində lazımi proseduralardan əlavə aşağıdakılar məsləhət görülür:

• Gün ərzində iki və ya üç böyük yemək payları yemək əvəzinə kiçik Ardı »

QastroenterologiyaQastrit Nədir?

Qastrit mədədə ara qatlarının yanması və ya göynəməsinə deyilir. Bu ağrılar kəskin və xroniki ola bilər.

Qastritin əmələ gəlmə səbəbləri.
İlkin səbəblər:
• müntəzəm olaraq həddən artıq spirtli içkilər qəbul etmək,
• xroniki qusmalar,
• gərginlik,
• Mədəyə düşmüş bakteryalar müalicə olunmadıqda mədə xorası və ya xərçənginə gətirib çıxarır.

Qastritin əlamətləri:
• Ürəkbulanması və qusmalar
• Qarının köp olması
• Qarında kəskin ağrılar
• Yemekden sonra mədənin yanması
• Hıçqıraq
• İştahsızlıq
• Qan qusma

Müalicəsi:
Qastritin müalicəsi onun yaranmasına səbəb olan amillərlə sıx bağlıdır. Əksər vaxtlarda müalicə zamanı isə həkim nəzarətində əsasən tərkibində turşunu neytirallaşdıran maddələr olan antibiotiklərdən isifadə olunur ki, bu da bakteryaların məhv olmasına gətirib çıxarır.
Qeyd edək ki, qastriti olan xəstələr isti və ədviyyatlı Ardı »

QastroenterologiyaSəbəbsiz qarın ağrısına biganə qalmayın

Mütəxəssis Dr. Həsən Taşçı, çoxlu çəki itkisi ilə əlaqədar yaranan qarın ağrısı, ürək bulanması, qusma və sarılıq kimi narahatlıqlara diqqətli olmaqdan danışıb.
Daha çox qarın ağrısının əlamətlərinə fikir verməyin vacib olduğunu qeyd edib. Şiddətli qarın ağrısının simptomlarına qəfləti və ya yayılan qarın ağrıları, peritonal əlamətlər, bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma), qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi, tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi), defekasiya (nəcisin ifrazı) aktının olmaması, ümumi vəziyyətin pozulması aiddir.
Səbəbsiz qarın ağrıları, həzm sistemi pozuqluqları, qusma, zəifləmə, kürək ağrıları kimi vəziyyətlərdə mədəaltı vəzi (pankreasda) pozuqluqları da yaradır.
Bu səbəbdən pankreasla əlaqədar hər cür Ardı »

QastroenterologiyaSirroz

Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarını həyata keçirə bilmir.

Qaraciyər kifayət qədər həcmli orqan olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir.
Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, glycogen adlanan maddənin toplanması və lazim gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin paçalanması, bağırsaqlarda yağların paçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi Ardı »

QastroenterologiyaHəzm problemləri

Bildiyimiz kimi həzm müddəti düzgün olduqda qidalar parçalanaraq molekullara bölünür və qan damarlarına keçir. Lakin zaman keçdikcə bəzi səbəblərdən parçalanmada çətinliklər olur. Buda həzm problemləri yaradır. Daha doğrusu bu vəziyyətdə orqanizmə faydalı olan qidaların çoxu həzm olunmur. Bu cür hallarda əksik qidalanma problemləri də yaranır.
Qidaların həzm edilməməsi A, B12, D, E və K vitaminləri ilə fol turşusu itkisinə yol açır. Qanda B12 və fol turşusu azlığı qidaların həzm olunmamasının başlıca göstərgəsidir. Davamlı yağ əksikliyi ilə birlikdə kalsium bədəndən atılır və istənməyən problemlərə yol açır.
Həzm problemlərinin əsas əlamətlərinə çəki itkisi, zəifləmə, ishal, qarın ağrısı, qaz və şişkinlik, pis qoxulu, boz və Ardı »