beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yetkinlərdə qarın ağrısı və müalicəsi

Kəskin olmayan qarın ağrıları zamanı qızdırma, qusma, sinə ağrıları və ya digər ciddi simptomlar olmadıqda xüsusi müalicəyə ehtiyac duyulmur.
Bu zaman tərkibində anti-turşular və ya ağrı kəsici maddələr olan içkilər içmək lazımdır. Bağırsaq spazmından qaynaqlanan ağrı üçün, qol, ayaq və ya ombalara akupunktura (iynə batırma) tətbiq edilə bilər. Kəskin olmayan qarın ağrılarılarını azaltmaq üçün isti vanna qəbul etmək lazımdır. Reseptsiz satılan bəzi dərmanlar və aktivləşdirilmiş kömür kapsulları da qarın ağrılarını azalda bilir. Lakin elə dərmanlar var ki, onlar əks təsir göstərir. Həmin dərmanlara aspirin və ibuprofen aiddir. Bu dərmanlar, mədə ağrılarını gərginləşdirdiyindən məsləhət görülmür. Kəskin qarın ağrıları zamanı isə mütləq həkimə müraciət etmək lazımdır. Bu ağrılar xolesistit, pankreatit, appendisit kimi ciddi xəstəliklərin simptomları ola bilər. Kəskin qarın ağrıları zamanı təcili diaqnostika və müalicə mütləq olduğundan həkim gələnə kimi dərman istifadə etmək vacibdir. Belə müalicələrdə xəstəyə damardan maye də yeridilir. Bu prosesdə həkimin qarın ağrısına nəyin səbəb olduğunu müəyyənləşdirməsi də vacibdir. Sağlamlıq mütəxəssisi, xəstədən ağrının səbəbini ortaya çıxarana qədər müxtəlif qadağalar tətbiq edə bilər. (Yemək yeməmək və s.)
Bu, müəyyən tibbi narahatlıqların pisləşməsini önləmək və ya əməliyyata hazırlamaq üçündür.


Tarix: 21.01.2015 / 10:59 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Qastroenterologiya