beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurd xəstəliklərinin müasir müalicəsi

Son illər qurd xəstəliklərinə yoluxma xeyli artmışdır. Bunların içərisində nematodozlar, enterobioz, askaridoza yoluxma daha geniş yer tutur.
Statistik məlumatlara əsasən, insan orqanizmində 250-dən artıq helmint parazitlik edir.
Respublikamızda isə 65 növ helmint qeydə alınmışdır ki, bunların içərisində 18-20 növü daha çox təsadüf olunur.
ÜST-ün məlumatına əsasən dünyada hər il təqribən 1,2 mlrd insan askaridoza , 900 milyondan çox ankilostomoza, 700 milyona yaxın insan isə trixosefalyoza yoluxur.

Hər bir qurd növünün insan-sahibinin bədənində xarakter lokalizasiyası var. Qurd xəstəlikləri uşaqlar və böyüklər arasında olduqca geniş yayılıb, xüsusən də kontakt çox olduğundan məktəbəqədər və məktəbli uşaqlarda təhlükə daha böyükdür. Əsas əlamətləri ürəkbulanma, iştahasızlıq, gecələr yatan zaman ağız suyunun ifrazı, qaşınma, temperaturun 37° C və ondan da yuxarı olması, dişləri qıcama, qəbizlik, göbək ətrafında ağrılar, əsəbilikdir. İnsan orqanizmində bu qurdlar fəsadlar törədir, nəinki immun sistemi, mədə-bağırsaq traktını, sinir sistemini, həmçinin tənəffüs orqanlarını, qaraciyər, dalaq, əzələlər, qan damarları, limfatik damarları zədələyir. İnsan orqanizmində elə bir orqan yoxdur ki, qurdlar ora düşə bilməsinlər. Onlar bəzən miqrasiya edərək bir çox orqan və toxumalara keçə bilər.

Son zamanlar qurd xəstəliklərinin müalicəsi həkimlər tərəfindən müxtəlif üsullarla həyata keçirilir. Bəzi həkimlər kimyəvi təkibli preparatlara üstünlük verirlər, bəziləri isə təbii tərkibli preparatlara. Amma nəzərə alsaq ki, kimyəvi preparatların qurdəleyhinə effektindən çox əlavə təsirləri var (qaraciyərin toksik zədələnmələri, immun sistemin zəifləməsi, ümumi intoksikasiya və s.), onda seçim təbii ki, bitki tərkibli preparatlar olmalıdır. Helmintlərin müalicəsi ondan ibarətdir ki, orqanizm helmintlərdən tamamilə təmizlənsin. Müalicədən əvvəl xəstəliyin törədicisini dəqiq təyin etmək vacibdir.

Hal-hazırda qurd xəstəliklərinin müalicəsində həkimlər seçim preparat kimi Verazol siropuna üstünlük verirlər.
Verazol siropu Azərbaycanda ilk dəfə olaraq kliniki tədqiqatdan keçmişdir. Tədqiqat, Azərbaycan Dövlət Tibb Universitetinin uşaq yoluxucu xəstəlikləri kafedrasının bazası olan 2 saylı uşaq klinik xəstəxanasının ambulator yardım şöbəsində, kafedra müdiri T.e.d, professor Hüseynova Nərgiz xanımın rəhbərliyi altında keçirilmişdir. Tədqiqatın məqsədi qurd xəstəliklərinin müalicəsində Verazol siropunun klinik effektivliyi və təhlükəsizliyi olmuşdur.
Tədqiqatın nəticəsində müəyyən olmuşdur ki, qurd invaziyalarının orqanizmdən tamamilə xaric edilməsində Verazol siropu olduqca effektivdir.


Tarix: 21.01.2015 / 11:01 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Qastroenterologiya