beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anal qaşınma

Anal nahiyədə qaşınma (pruritus ani) tez-tez rast gəlinən narahatçılıqlardan biridir. Bu, adi bir hal və ya hər hansı bir ciddi xəstəliyin əlamətı ola bilər. Aparılan statistik tədqiqatlara görə anal qaşınma əhalinin 5%-ində rast gəlinir və kişilərdə qadınlara nisbətən çox qeyd edilir. Anal qaşınma hər yaş dövründə rast gəlinsə də daha çox 40-70 yaş arasında meydana çıxır. Anal qaşınma axşamlar və ya defekasiya aktından sonra daha çox qeyd edilir. Rütubətli və isti hava şəraiti də anal qaşınmanı provakasiya edən faktorlardan hesab edilir.

Səbəblər:

- Dərinin quruması və xəstəlikləri. İnsan yaşa dolduqca dəri qurumağa meyilli olur və bu səbəbdən davamlı və intensiv anal qaşınma qeyd edilə bilər. Psoriyaz kimi dəri xəstəlikləri anal nahiyəni də əhatə edərək qaşınma yarada bilər. Bu zaman qaşınma ilə yanaşı xəstəliyin yerli əlamətləri də olur.
- Nəmişlik. Anal nahiyədə nəmişlik tərləmə, nəcisin tam formalaşmaması, ishal kimi səbəbblərdən əmələ gələ bilər.
- Kimyəvi qıcıqlandırıcılar. Bəzi sabun növləri, odekalonlar, qadınların istifadə etdiyi kontraseptiv məlhəmlər anal nahiyəni qıcıqlandıra va qaşınma yarada bilər.
- Bəzi qida məhsulları. İstiotlu və kəskin qidalar, şokalad, spirtli içkilər, pomidor, fındıq, qovrulmiş qarğıdalı və s. anal qaşınma törədə bilir.
- Bəzi dərmanlar. Antibiotiklərin qəbulu bəzən ishal və anal qaşınma yadadır. Qəbzlik əleyhinə dərmanların həddən ziyadə istifadə edilməsi də eyni şikayətlər törədə bilir.
- Kobud tualet kağızı. Kobud tualet kağızı və ya bu məqsədlə nəzərdə tutulmayan kağızın istifadəsi anal nahiyədə qıcıqlanma və qaşınma yarada bilər.
- Hemorroy. Hemorroy düz bağırsaq və anusun ən aşağı nahiyəsində olan genişlənmiş venoz damarlarıdır. Hemorroy düyünləri defekasiya aktı zamanı gücənmə nəticəsində xaric olur.
- İnfeksiyalar. Cinci yolla ötürülən bəzi xəstəliklər anal nahiyədə də rast gəlinə bilər.
- Uşaqlarda parazit qurdlar anal qaşınmanın əsas səbəblərindəndir.
- Göbələk infeksiyası. Göbələk infeksiyası qadınlarda uşaqlıq yolunu qıcıqlandırdığı kimi anal nahiyəni də əhatə edə bilər.
- Anal çat. Anal çat qəbzlik nəticəsində yaranan xəstəliklərdən biridir. Qaşınma ilə yanaşı anal qanaxma da rast gəlinir.
- Anal şişlər. Bu tip şişlər az-az rast gəlinsə də mövcud olduğu zaman anus ətrafında qaşınma törədir.
- Digər səbəblər. Anal qaşınma narahatçılıq və stress nəticəsində də yarana bilər.

Həkimə nə zaman müraciət etməli?

Anal qaşınma tez-tez rast gəlinən şikayət olsa da bir çox insanlar bu barədə həkimlə məsləhətləşməkdən utanırlar. Yuxarıda qeyd edildiyi kimi qaşınmanın bəzi səbəbləri çox bəsitdir və bu səbəbləri aradan qaldırmaqla anal qaşınmadan azad olmaq mümkündür. Bəzən şəxsi gigiyenaya ciddi əməl etmək, pəhriz saxlamaq bu şikayətdən qurtulmaq üçün kifayət edir.

Amma elə səbəblər var ki, adi tədbirlərlə aradan qaldırıla bilməz və mütləq həkim baxışı tələb olunur. Bunlara hemorroy, anal çat, ishal törədən yoğun bağırsağın iltihabi patologiyaları, anal xərçəng kimi xəstəliklər aiddir. Xüsusilə də 50 yaşından sonra meydana çıxan anal qaşınma zamanı ehtiyatlı olmaq tövsiyyə olunur.


Tarix: 21.01.2015 / 11:03 Müəllif: Aziza Baxılıb: 151 Bölmə: Qastroenterologiya