beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağırsaq xərçənginə yol açan gen tapıldı

Bir ailədə valideynlərdən uşağa keçən və bağırsaq şişinin yaranma riskini böyük bir həcmdə artmasına səbəb olan iki genin müəyyən edilməsi, ingilis elm adamları tərəfindən 20 adamın DNT –sinin tədqiq edilməsinə, bu genlərdəki səhvlərin isə xərçəng riskini artırdığı qənaətinə gəlməsinə gətirib çıxarmışdır.

Tədqiqata imza atanlardan Professor Həkim. Ian Tomlinson, bəzi ailələrdə bağırsaq xərçənginə tutulanların qohum sayının çox olduğunu ifadə edib.

Oxford Universitetindən Tomlinson, genlerdəki səhvlərə nadir rast gəlindiyini ancaq varisliyə görə baxıldığında bağırsaq xərçənginə tutulma riskinin yüksək olduğunu vurğulayıb. Elm adamı, bu gen mutatsiyalarının qarşısını almaq üçün xüsusi müalicələrin davam etdirilməsinə diqqət çəkib.

''Nature genetics'' jurnalında nümayiş olunan tədqiqat nəticəsində xəstəlik riskini təyin etmək üçün test üsulunun tətbiqinin vacib olması fikri qeyd olunub.


Tarix: 21.01.2015 / 11:00 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Qastroenterologiya