beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xınıslı yaşayış yeri - Birinci dövr

Birinci dövr e.ə. IV-II əsrləri əhatə edir. Aşkar edilmiş evlər gil palçıqla çay daşından və çapıq daşdan tikilmişdir. Döşəmələr saman qarışdırılmış gil suvaqla suvanmışdır. Bu mədəni təbəqədə əldə qayırılmış, bəzən qırmızı şirlə örtülmüş müxtəlif formalı gil kasalar, bardaqlar, vazalar, manqal hissələri, həmçinin, gildən düzəldilmiş heyvan fiqurları, təkər modelləri, daş həvəngdəstə, kirkirə və digər məişət əşyaları tapılmışdır. Çoxlu miqdarda heyvan sümüklərinin və daşlaşmış buğda dəninin tapılması təsərrüfat həyatından xəbər verir. Qəbir quyularında bir adam dəfn olunmuş, oraya gil qablar və bir sıra digər əşyalar qoyulmuşdur.


Tarix: 02.02.2015 / 14:46 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Qafqaz Albaniyası